Putin ABŞ-ın ölkədəki aktivlərindən istifadəyə icazə verib

img

23-05-2024 [17:51]


Rusiya prezidenti Vladimir Putin Rusiyaya dəymiş ziyanı kompensasiya etmək üçün ölkəsində ABŞ və ya ona bağlı şirkət və şəxslərə məxsus aktivlərin istifadəsinə icazə verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə o, bu gün fərman imzalayıb.

Fərmana əsasən, Rusiyadakı ABŞ-a məxsus aktivlərə nəinki istifadı olunacaq, hətta ABŞ-ın sanksiyalarından zərər görən şirkətlər Rusiya məhkəmələrində iddia qaldıra bilər: "Onlara ABŞ-a bağlı şirkət və şəxslərin ölkədəki aktivlərindən zərərlərini ödəmək üçün imkan yaradılacaq".

Xatırladaq ki, ABŞ Senatı aprelin 24-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya göndərilməsini təsdiqləyib.

Onu da qeyd edək ki, Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Ötən gün isə Avropa İttifaqıə bu aktivlərin gəlirlərinin Ukraynaya verilməsinə müsbət yanaşan fikir açıqlayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq