Trampın partiyadakı rəqibi: "Bayden bir fəlakətdir, ona görə..."

img

23-05-2024 [09:26]


Mart ayında ABŞ prezidentliyinə keçirilən mübarizədə Respublikaçılar Partiyasının fəalı, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Hudson İnstitutunda iştirak etdiyi paneldə qarşıdakı seçki ilə bağlı sualları cavablandırıb.

Heyli deyib ki, Trampın bəzi fikirləri ilə razılaşmasa da, noyabrda keçiriləcək prezident seçkilərində demokrat Co Baydeni dəstəkləməsi mümkün deyil: "Tramp bəzi siyasətlərində mükəmməl deyil, bunu dəfələrlə demişəm. Amma Bayden bir fəlakətdir. Ona görə də Trampa səs verəcəyəm".

Xatırladaq ki, Trampla Respublikaçılar Partiyasının prezidentliyə namizədi uğurunda mübarizədə uduzan Heyli mart ayında keçirilən praymerizdə istədiyi səsi ala bilməyib. O, bundan sonra seçkidən geri çəkilib.

Onu da qeyd edək ki, Demokratlar Partiyasında rəqibi olmayan Bayden Trampla 2020-ci ildə olduğu kimi noyabrın 5-də keçiriləcək 60-cı prezident seçkilərində də yenidən üz-üzə gələcək.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq