Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – TƏHLİL
15-05-2024 [21:00]
Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib. Məlumata görə, o, respublika hökumətinin iclasının keçirildiyi binada atışma zamanı yaralanıb. Hücum edən şəxs saxlanılıb.
Sui-qəsdin diqqətçəkən tərəfi Robert Fitsonun Azərbaycana səfərindən dərhal sonra baş verməsidir. Mayın 7-də Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə geniş müzakirələr aparan Slovakiyanın Baş naziri ölkəsində sui-qəstə məruz qalır.
Fitsonun səfəri zamanı iki ölkə arasında birdən çox sənəd imzalandı. Lakin diqqətçəkən əsas məqam Slovakiya baş nazirinin üzvü olduğu Avropa İttifaqını Bakıdan tənqid etməsi idi.
Birincisi, Robert Fitso Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı demişdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.
İkincisi, Robert Fitso Avropa İttifaqındakı bəzi dairələrin (ehtimal ki, Fransanı nəzərdə tutur) Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etmişdi.
Üçüncüsü, baş nazirin səfəri çərçivəsində iki dövlət arasında “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm” - Fitso demişdi.
Slovakiya Avropa ittifaqının və NATO-nun üzvüdür. Ölkə bu iki təşkilatda təmsil olunur. Fitsonun bəyanatı isə onu deməyə əsas verir ki, o Aİ-nin Slovakiya və digər ölkələrin daxili işlərinə müdaxilə etməsindən narahatdır. İttifaqın xüsusilə Ukrayna ilə bağlı mövqeyi Slovakiyanı ciddi narahat edir.
Misal üçün, Qərbi tənqid edən R.Fitso Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə qarşı çıxıb. Aİ və NATO-nu “sülh” sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib.
Ümumiyyətlə, Slovakiya öz təhlükəsizliyini düşünür və ölkə maraqlarına zidd olacaq addımlardan geri durur. Rusiyaya qarşı sanksiyalara səs verməkdən imtina etməsə də, proseslərin Slovakiyaya təsirləri ciddi hesablanır.
Görünür, Fitsonun həm Ukrayna ilə bağlı ardıcıl çıxışları, həm də Bakıdan dedikləri Aİ-ni bərk qəzəbləndirib. Sui-qəsdin pərdəarxasında Fitsonun qeyd etdiyi, Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var. Daha dəqiq desək, sui-qəsdin sifarişçisi Fransa, icraçısı isə bu ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ola bilər!
Turan Rzayev
MİA.AZ
ABŞ Dövlət katibi ilə Pentaqon şefi brifinqdə: "8 min Şimali Koreya əsgəri Ukrayna ilə sərhədə yeridilib, onlar..."
QADAĞA QÜVVƏYƏ MİNDİ: bu küçə və prospektlərə girən sürücüləri 100 manat cərimə və 3 bal gözləyir - SİYAHI
İsrail Livanı yenə bombalayıb - Son itkilər açıqlandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistan Prezidenti təyyarədən enərkən yıxılıb - Ayağı sınıb
Mehriban Əliyeva və ailə üzvləri Talassemiya Mərkəzində - FOTOLAR
Mehriban Əliyeva Pantomim Teatrında - FOTOLAR
"500 milyon ver, apar!" - "Barselona" 21 yaşlı futbolçunun müqaviləsinə elə maddə saldı ki...
Rövşən Rüstəmovun adından pul paylanılıb? - Mətbuat katibindən xəbərə sərt reaksiya
Yusuf Şimşək "Adanaspor"un Baş məşqçisi təyin edilib
Tayvanda güclü qasırğa: bir nəfər ölüb, 70-dən çox yaralı var
Xırdalanda binada yanğın olub
Almaniyadan rəsmi Tehrana qarşı sərt həmlə: İranın 3 şəhərdəki baş konsulluqları qapadılıb - Nə baş verir?
Muğlada dənizdə batmaq təhlükəsi olan 88 nəfər xilas edilib - Onlardan 38-i uşaqdır
Livanda 4 tibb işçisi yanaraq həlak olub
PA rəhbəri Təşkilat Komitəsinin növbəti iclasını çağırdı, yeni tapşırıqlar verildi - FOTOLAR
Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti”nə son 3 ay ərzində 500-ə yaxın zəng daxil olub
"Gəncə Körpü Tikinti 2" ASC cərimələnib
Nigeriyada bina çöküb - 10 nəfər ölüb
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Dollar sabah neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışı... - "İdeal Motors” yenə məhkəməyə çəkilib
Seneqal prezidenti Türkiyəyə gəlib
"Sonra nə olacaq, cənab nazir?" - Əmrullayevin "eksperiment"i və ya "Vay bizim və gələcəyimizin halına!"
KTN işçiləri təltif edildi - SƏRƏNCAM
Məşhur aktrisa 42 yaşında qəfil vəfat edib - FOTO
Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (YENİLƏNİB)
"Nar" mobil rabitə təlimlərinə davam edir - FOTOLAR
Daha 70 sahibkar cəzalandırıldı - Kartdan karta ödənişə görə
"COP29 Xüsusi Viza"sı 3 iş günü ərzində veriləcək - Açıqlama
Bakıda 20-dən çox maşından oğurluq edənlər saxlanılıb
Noyabr ayına olan hava proqnozu açıqlanıb
Albaniyanın Baş naziri Azərbaycana gələcək
Azərbaycan Çindən elektrikli avtobus və taksilər alıb - Nazir İlham Əliyevə hesabat verdi + FOTOLAR
COP29 satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq
Sabahın hava proqnozu açıqlandı