Bakıda ağlagəlməz fırıldaq: özünü asan keçmiş MTN-çı, Rusiyada iş adamı və... - İnstaqramda tanış olduğu "qadın" 33 yaşlı kişinin başına elə oyun açdı ki...
13-05-2024 [15:17]
Bakıda özünü qadın kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu şəxsə qarşı külli miqdarda dələduzluq etmiş kişinin məhkəməsi başa çatıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Samir İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Samir instaqram sosial şəbəkəsində qadın adı ilə profil açıb. O, sosial şəbəkədə klinikalardan birinin həkimi olan və “BakuBus” MMC-yə təhkim edilmiş E.Əliyevlə tanış olub. Özünü “Nigar” adı ilə təqdim edən və əsl kimliyini gizlədən Samir tanış olduğu şəxslə isti münasibətlər qurmağa başlayıb.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Samir onu aldadaraq 150 min manata yaxın pul alıb: “BakuBus”da işləyərkən boş vaxtım çox olurdu, başımı qatmaq üçün instaqrama daxil olurdum. Həmin vaxt təsadüfən qarşıma «aygu.11262» profili çıxdı, özüm də bilmədən həmin profilə təqib yolladım. İki gün sonra həmin səhifədən mənə “salam” mesajı gəldi. Qarşı tərəflə aramızda virtual ünsiyyət yarandı. Mən instaqramda “Akif” adı ilə qeydiyyatdan keçmişdim. Mesaj yazan şəxs 39 yaşlı, Nigar adlı xanım olduğunu, anasının əslən gürcüstanlı, atası Xəyyam Əliyevin isə göyçaylı olduğunu, anasının öldüyünü, atasının məşhur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTN-də şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasının Çita şəhərində işlədiyini, əri “Feyruz”un “Azal”da pilot kimi çalışdığını, 11 yaşında oğlunun, 9 yaşında qızının olduğunu dedi”.
E.Əliyevin sözlərinə görə, onunla qadın kimi danışan şəxs ailədəki bəzi problemlərini də dilə gətirib: “Nigar” mənə ərinin birlikdə işlədiyi stüardessa ilə ona xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını bildirmişdi. Bundan sonra aramızda isti münasibətlər yarandı. Mənimlə görüşüb intim münasibətdə olacağını dedi. Nigar bu formada ərindən ona xəyanət etdiyinə görə qisas almaq istədiyini yazırdı. Mən də Nigarın təklifini qəbul etdim. Nigar ərinin ondan şübhələnməməsi üçün görüşə rəfiqəsi ilə birgə gələcəyini də bildirmişdi”.
Zərərçəkmiş şəxsin ifadəsindən məlum olur ki, özünü Nigar kimi təqdim edən Samir İsmayılov ilk bir ildə ondan müxtəlif adlarla 70 min manata yaxın pul alıb. O, inandırıcılığın yaranması üçün kişiyə tanışı olan qadının fotolarını göndərib. E. Əliyev bildirib ki, arvadının qızıllarını satıb, bankdan kredit götürərək “Nigar”ın dediyi kartlara pul göndərib. O, atasının Rusiyadan gələcəyini və aldığı pulları qaytaracağını bildirib: “Bir müddət sonra “Nigar” mesaj yazaraq atasının zəng edəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra özünü Nigarın atası kimi təqdim edən şəxs vatsap proqramı vasitəsilə Rusiya nömrəsindən zəng edərək Xəyyam Əliyev olduğunu, Nigarla aramızda olan yazışmadan, Nigara maddi tərəfdən köməklik etməyimdən xəbərdar olduğunu deyərək təşəkkür etdi. “Nigar”ın atası telefon danışığı zamanı məni qızı ilə evləndirəcəyini, qurduğu biznesə şərik edəcəyini dedi. Bir müddət sonra “Xəyyam” zəng edərək Bakıda tikintidə bədbəxt hadisə nəticəsində fəhləsinin öldüyünü, bu hadisəyə görə 130 000 manat xərclədiyini və bu işdə köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt onun dediyi bank kartına pul yolladım. “Xəyyam Əliyev”lə mobil telefonla danışsam da, onunla şəxsən görüşməmişdim. Bundan sonra klinikadan işdən çıxdım, iş yerimdə bir nəfər şəxslə aramda münaqişə olmuşdu. İşsiz olduğum üçün “Nigar”ın atasına zəng edib iş tapmaqda köməklik göstərməyi xahiş etdim. 2005-ci ilədək Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həkim-narkoloq vəzifəsində işləmişdim, orada rəhbərliklə aramda olan münaqişəyə görə “xidməti uyğunsuzluq” maddəsi ilə ədliyyə orqanlarından xaric edilmişdim. Bu haqda “Nigar”a yazmışdım. O isə bu haqda “atası”na deyib. Həmin “ləkə”ni şəxsi işimdən sildirmək üçün “Xəyyam Əliyev” 4000 manat pul istədi”.
Araşdırmalar zamanı məlum olub ki, həkimi aldadaraq külli miqdarda pul alan “Nigar” və atası “Xəyyam Əliyev” əslində Samir İsmayılov özü olub. E.Əliyev başına gələnlər barədə hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra S.İsmayılov barədə cinayət işi açılıb. E.Əliyev 150 min manata yaxın zərərə düşdüyünü bildirsə də, istintaqa həmin məbləğdən xeyli az ödənişin qəbzini təqdim edə bilib.
Təqsirləndirilən şəxs Samir İsmayılov da ifadəsində törətdiyi əməlləri etiraf edib. Onun E.Əliyevlə “Nigarın atası” kimi danışarkən Rusiya və ABŞ nömrələrindən istifadə etməsi müəyyənləşib.
Həmçinin məlum olub ki, o, dələduzluq yolu ilə aldığı pulları mərc oyunlarına qoyub və demək olar ki, hamısını uduzub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin may ayında çıxardığı hökmlə Samir İsmayılov 178.3.2-ci maddə ilə təqsirli bilinib. Ona 7 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, Samir İsmayılov özünü keçmiş MTN zabiti İlqar Əliyevin qardaşı oğlu kimi təqdim etsə də, onun uzaq qohumu olması da məlum olub(“Qafqazinfo)
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi