Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?

img

19-04-2024 [01:48]


Bu gün UEFA Avropa Konfrans Liqasında 1/4 finalın cavab oyununda "Fənərbağça” Yunanıstan komandası “Olimpiakos”u qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunun əsas vaxtında İstanbul klubu İrfan Canının qolu ilə hesabı açıb. Lakin 90 dəqiqə ərzində 1:0-lıq hesab dəyişməyib. İlk oyunda yunan komandasının 3-2 qalib gəlməsinə görə ümumi hesabda tarazlıq olduğu üçün hakim oyuna 30 dəqiqə əlavə edib.

Oyunun qalibi penaltilərlə müəyyənləşib.

"Fənərbağça"da Tadiç, Çengiz Ünder və Bonucci penaltilərdə dəqiq olmayıblar. Qonaq komandada 2 penaltidə dəqqi ollmasa da, ümumi hesabda qalib gələrək, yarımfinala vəsiqə qazanıblar.  

Konfrans Liqasında 1/4 finalın cavab görüşlərində qalib gələrək adlarını yarımfinala yazdıran (qara şriftlərlə verilib) digər komandalar isə belədir:

Lil - Aston Villa (1-2) - (penaltilər üzrə 3-4)

Fiorentina - Viktoriya Plzen (0:0) - (əlavə vaxt 2:0)

PAOK - Club Brugge (0-1) - (0-2)

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR