2 MİLYARD DOLLARLIQ ZİYAFƏT...
13-04-2024 [15:52]
...Tarix utanmazmı yaratdığından,
Dönüb keçmişinə baxmazmı İran...
S.VURĞUN
***
1971-ci ildə İran İmperiyasının imperator Kir tərəfindən yaradılmasının 2500 illiyi qeyd edilirdi. Şah Pəhləvi bu fürsətdən istifadə etmək, İranı və onun şahənşahını (özü belə deyirdi – Q.A) dünyaya göstərmək istəyirdi. Yəni İran eramızdan əvvəl yaranan bir dövlətdir, onun şahı da imperator Kir səviyyəli bir şəxsiyyətdir.
Bu məqsədlə bir il əvvəl dünyanın 100-dən çox ölkəsinə dəvət göndərilir. Şah əvvəl “Əsrin ziyafəti”ni Şirazda keçirmək istəyir. Amma ona məlumat verilir ki, Şirazda dünya liderlərini qəbul edəcək səviyyədə bir mehmanxana belə yoxdur. Şah Şirazdan 30-40 kilometr aralı Şahənşah kəndi salmaq göstərişi verir. Təsəvvür edirsinizmi, bir ildə, ilan mələyən çölün düzündə...
Ondan çox texniki təyyarə bir neçə gün ərzində gələcək şahənşah kəndinin 100 hektarlıq ərazisini zəhərləyir, ilandan, əqrəbdən təmizləyir. Sonra bütan əraziyə yüzlələ yük maşını ilə meşə torpağı gətirilir. Eyni zamanda, susuzluqdan əziyyət çəkən qonşu ərazilərdən su kəsilir, Şahənşah kəndi daimi içməli və suvarma suyu ilə təmin edilir. İtaliyadan, Fransadan və İspaniyadan 100 mindən çox ağac və gül tingi gətirilir və ərazidə əkilir. Avropadan, Asiyadan və Afrikadan 10 minlərlə oxuyan quş (bülbül) gətirilir. Amma bu quşların çoxu İran tədbirinin əhəmiyyətini anlamır və bir ayın içində istidən canını tapşırır...
Buna baxmayaraq, “Əsrin ziyafəti”nə hazırlıq işləri davam edir. Fransadan yüzə yaxın çadır-ev sifariş edilir. Bu çadırlar Parisdə təbii ipəkdən toxunur, sonra təyyarələrlə İrana gətirilərək Şahənşah kəndində qurulur. Eyni zamanda, İtaliyadan dəvət olunmuş onlarla mütəxəssis şahənşah kəndinin işıqlandırılması və fontanlaşdırılması ilə məşğul olur. Şahənşah kəndinin mərkəzində baş fontan vurulur və 5 qitənin rəmzi olan beş küçə fontandan başlayaraq uzanır. Hər küçədə 20 çadır-ev qurulur və kondisioner sistemləri ilə təmin olunur. 2-3 yüz nəfərlik tədbir çadırları isə kəndin mərkəzində yer tutur, bunları təhcizatı da lyuks olur. Bu çadırların mebelləri birbaşa İtaliyadan və Fransadan gətirilir. Bütün çadırlar ipək Təbriz xalçaları ilə döşənir. Eyni zamanda, bütün Avropadan ən yaxşı, ən bahalı yüzlərlə aşbaz dəvət olunur. Bütün yeməklər və içkilər də Avropadan gətirilir. “Əsrin ziyafəti”nə dünyanın hər yerindən gələn qonaqların arzu edəcəyi hər cür təam və içki tədarük edilir. Ancaq 25 min ədəd bahalı və çox bahalı içki sifariş edilir ki, bunun da əksəriyyəti onlarla və yüzlərlə il yaşı olan məşhur şərab və konyaklar olur.
Əsrin ziyafətinə dəvət edilən qonaqların əksəriyyəti gəlir. Bu tədbir sözün əsl mənasında, Dünyanın 5 qitəsinin görüş yerinə çevrilir. Qonaqları məhz bu məqsədlə Almaniyadan sifariş edilmiş 100 ədəd zirehli “Mersedes” Şirazdan Şahənşah kəndinə gətirir. ABŞ Prezidentindən başqa (onu vitse-prezident əvəz edir), dünyanın demək olar ki, bütün liderləri (İngiltərə kraliçası, İspaniya kralı, Fransa prezidenti, İtaliyanın baş naziri, Meksikanın prezidenti, Kanadanın qubernatoru və s.) ziyafətdə iştirak edir. Amma şah Pəhləvidən və onun arvadı Fərəh xanımdan başqa bir İran vətəndaşı, hətta nazirlər tədbirə dəvət edilmir. Doğrudur, 100 mindən çox iranlı təhlükəsizlik və başqa xidmətlər göstərir. Bu ziyafət bütün məkanlarda və zamanlarda ən çox dünya liderinin iştirak etdiyi, ən bahalı tədbir kimi Ginesin Rekordlar kitabına düşür.
Tədbir İmperator Kirin abidəsi önündə İran şahının çıxışı ilə başlayır. Sonra qonaqlar onlar üçün ayrılmış çadır-evlərə gedir və istirahət edirlər. Təsəvvür edirsinizmi, İspaniya kralı axşamüstü arvadı ilə evinin qabağında oturub və qonşu İngiltərə kraliçası və onun əri ilə söhbət edir. Axşam İran şahı qonaqların şəninə ziyafət verir. Deyilənə görə, bu ziyafət dünyada ən bahalı paltarların və brilyantların sərgisinə çevrilir. Afrika krallarının birinin iti boynunda 50 karatlıq brilyant gəzdirir. Avropanın birinci xanımları bu itlə şəkil çəkdirir. Ziyafət gecənin yarısına qədər möhtəşəm atəşfəşanlıq tədbirləri ilə davam edir. Şahənşah ziyafətindən sonra dünyanın əsas qəzetləri bir ay bu tədbirdən bəhs edir. Dünyanın hər yerindən tədbirə dəvət olunan onlarla TV kanalları (1970-ci ildə!) xüsüsi buraxılışlar verir, hətta sənədli filmlər çəkir. Təbii ki, Şahənşah ziyafətinin xərcləri bütün dünyada müzakirə mövzusuna çevrilir. Rəsmi məlumat olmadığından (İran tərəfi bunu dövlət sirri kimi gizlədir), xərclər şişir, 1 milyard dollarlıq həddə kimi gedir. Bu da hazırkı kursla hardasa 2 milyard dollar deməkdir.
Bir sözlə, Şahənhaş ziyafətini bütün dünya bəyənir, qəbul edir, amma sadə İran vətəndaşları qəbul etmir. Şah Pəhləvinin kəramətindən bir tikə çörəyə möhtac olan iranlılar bu ziyafəti ancaq bədxərclik yox, həm də xəyanət hesab edirlər. Bu zaman Fransada olan Ayətullah Xomeyni isə Şahənşah ziyafətini Şeytan ziyafəti adlandırır. İranda 7 ildən sonra inqilabla nəticələnəcək ixtişaşlar başlayır. Şah Pəhləvi 1973-cü ildə İran xalqın müraciət edir və öz səhvlərini etiraf edir. Amma gecikmiş etiraf ona kömək etmir, xalq və Xomeyni öz sözünü deyir...
İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İslam İnqilabı baş verir. Ayətullah Xomeyninin rəhbərliyi ilə İran İslam Respublikası yaradılır. İran şahı xalqdan daha 2 milyard dollar oğurlayaraq (İsveçrə banklarında saxlanırdı), ailəsi ilə ABŞ-a fərar edir. Amma bu dəfə haram pulları yeyə bilmir, 1980-ci ildə “xərcəng” xəstəliyindən vəfat edir... Deyirlər, 1979-cu ilin İslam inqilabı ancaq nəticə idi, səbəblər 1971-ci ilə, 2 milyard dollarliq ziyafətə kimi gedirdi...
Qalib ARİF
MİA.AZ
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"