Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
13.04.2024, 00:10
Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.
Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz. Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.
Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.
Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur.
İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.
Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.
Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun. Ruhdan düşməyin, əsla geri çəkilməyin.
Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.
Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.
Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın. Axşam saatlarında normal istirahət etmək olar.
Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.
Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.
Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.
Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın.
Tapşırıq və öhdəliklərlə bağlı yalnış mövqe tutmayın. Yaxın ətrafınızdakı insanların istədiklərini yox, zərurət duyduğunuzu edin. Etibar etdiyiniz insanlarla işləyin. Dözümlü, səbrli olun. Axşam saatlarında maliyyə məsələlərində sayıqlıq lazımdır. Yalanlar artır.
Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır.
Günün ikinci yarısında maliyyə risklərinə, avantüralara başlamayın. Yaxşı tanımadığınız insanlara inanmayın. Nüfuzunuza zərbə vura biləcək situasiyaya düşə bilərsiniz. İntriqa ustalarından biri sizə qarşı məkrli plan hazırlayır. Hadisələr anlamadığınız ssenari üzrə inkişaf edir.
Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deyil. Məişət işlərində travma, zədə, yanıq riskləri artır.
Günün ikinci yarısında bir işi yarımçıq qoyub başqasına başlamayın. Mühüm məsələ ilə bağlı fikrinizi qəflətən dəyişməyin. Hadisələrə təsir imkanlarına malik şəxslə təmasları aktivləşdirin. Sizi harasa dəvət edirlərsə, bu, xərclərlə bağlıdır. Emosiyalara uymayın.
Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin.
Günün ikinci yarısı təşəbbüskar olmaq, yeni işlərə başlamaq, tələskənlik etmək, zərurət olmayan yerdə aktivlik etmək gərək deyil. Daxili narazılıq münasibətləri partlayış həddinə çatdıra bilər. Proseslərin ənənəvi axarını pozmamaq üçün müdrik olun. Yaxın gələcəyinizi diqqətlə planlaşdırın.
Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın.
Günün ikinci yarısında problemin həllinin fərdi axtarışları ilə müqayisədə kollektiv müzakirələr daha faydalıdır. Maraqlandığınız məsələ ilə bağlı durum dumanlıdır. Mövqelərinizin təhlükəsizliyini təmin edin. Maddi dəyərləri qoruyun. Münasibətlərdə heç nəyi korlamayın.
Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq.
Günün ikinci yarısında qeyri-müəyyənlik yükündən qurtulacaqsınız. Hisslərin əsarətinə düşməyin. Maraqlara yenidən baxmaq, istiqamətləri təhlil etmək üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmasları artırın. Seçim edin, üstünlükləri qiymətləndirin.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
16.07.2026, 16:47 CƏMİYYƏT
-
Xarici ölkədə verilən elmi adlar... - AAK 9 nəfərin dərəcəsini tanımayıb
16.07.2026, 16:43 CƏMİYYƏT
-
İsrail Livanın cənubunu bombalayıb, əkin sahələri və evlər yandırılb
16.07.2026, 16:27 DÜNYA
-
Əməkdar jurnalist komaya düşüb
16.07.2026, 16:16 PRESS
-
İstanbulda sorğu: hansı partiya öndədir? – SİYAHI
16.07.2026, 16:05 SİYASƏT
-
İran Küveytə dron hücumuna başlayıb
16.07.2026, 15:32 GÜNDƏM
-
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır
16.07.2026, 15:09 CƏMİYYƏT
-
BİRİNCİ MÜAVİN HƏM MÜŞAVİR, HƏM DƏ... - "Azəriqaz"ın ikinci şəxsi barədə elə fakt yayıldı ki... (FOTOLAR)
16.07.2026, 15:05 CƏMİYYƏT
-
"Araz-Naxçıvan" əcnəbi futbolçu ilə anlaşıb.
16.07.2026, 14:59 İDMAN
-
Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başlayır
16.07.2026, 14:49 GÜNDƏM
-
Həm Bakının köməyini istəyir, həm də... - TƏHLİL
16.07.2026, 14:36 SİYASƏT
-
Prokurorluq Qubada 23 yaşlı qadının ölümü ilə bağlı açıqlama yaydı
16.07.2026, 14:28 KRİMİNAL
-
Deputat "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var" deyir - Bəs ekspertlərin rəyi necədir?
16.07.2026, 14:27 SİYASƏT
-
ONLAR YENİ İŞ TƏKLİFİNƏ "YOX" DEDİ - Naxçıvanda qeyri-adi istefalar (FOTOLAR)
16.07.2026, 14:21 SİYASƏT
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi - FOTOLAR (Yenilənib)
16.07.2026, 14:11 İDMAN
-
Keçmiş məhkəmə hakimi ilə sədr Vəkillər Kollegiyasından xaric edildi
16.07.2026, 13:40 CƏMİYYƏT
-
İstanbulda sərnişin avtobusundan 120 tapança çıxdı
16.07.2026, 13:39 DÜNYA
-
"Azəriqaz"da şöbə ləğv olundu, yerində departament yaradıldı - Təyinat
16.07.2026, 13:19 CƏMİYYƏT