GENERAL VƏ SABİQ RƏİSLƏR HAKİM QARŞISINDA: milyonlar necə mənimsənilib? - Xidmət rəisi sirləri açdı
05-04-2024 [18:45]
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul düşüb. Onu da tam ödəyib.
“İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlər 20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul 124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə xüsusi tapşırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq əsasında vermişəm, - o, deyib.
Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini deyib.
Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat çatışmazlıq aşkar olunub:
“Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə ödəmişəm qalanını da ödəyəcəyəm.”
O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən adamlara verib.
Şahid Füzuli Ələkbərli deyib ki, təftiş dövründə 3 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissələrin hamısında mənimsənilən pulların bölüşdürmə standartları eyni olub.
“Pulların 65 faizini Cəlal Kazımova vermişəm, 35 faizi isə özümə qalıb. Rəisimiz bölgünü belə təyin etmişdi. Bir hərbi hissədə çatışmazlıq təxmini 400 min manatdan çox idi. İşlədiyim digər hərbi hissədə isə 693 min manat mənimsəmə faktı müəyyən olunmuşdu. Bütün hərbi hissələrdəki mənimsənilən pullardan 500 min manatı mənə qalıb, 100 min manatını büdcəyə qaytarmışam, qalanını da qaytaracam.”
Müttəhim Cəlal Kazımov şahid F.Ələkbərlinin ifadələrinə etiraz edərək onun sözlərinin yalan olduğunu deyib:
“Kişi ol! düz danış! Bu adam yalan və absurd ifadələr verir. Bunun belə görünməyinə baxmayın, özündən yeni şeylər kəşf edib, ənənəvi sistemdən fərqli işləyib.”
Şahid F.Ələkbərli vəkillərin suallarını cavablandırarkən müəyyən olunub ki, onun mənimsənilən pullarla bağlı bildirdiyi məbləğin hamısı Cəlal Kazımovun dövrünə düşməyib. O, daha sonra həmin pullarla bağlı bildirdiyi məbləğin işlədiyi bütün dövrləri əhatə etdiyini deyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report).
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqalı video rayon rəhbərinin məzuniyyətindən erkən dönməsinə səbəb oldu (VİDEO)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir