IV və VI siniflər üzrə monitorinq keçiriləcək

img

03-04-2024 [15:43]


Ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə monitorinq keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mia.az-a verilən xəbərə görə, mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA