Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-03-2024 [00:08]
Qoç - günün ilk yarısı uğurludur. Saatlar keçdikcə daha ehtiyatlı olmalısınız. Yanlışlıqlar və səhvlər riski çoxdur. Bədxahlardan birinin tələsinə düşməyin. Yalnız öz maraqlarınızın təminatına çalışaraq eqoist davranmayın. Yaxın ətrafınızdakı insanlar belə davranışdan sinirlənəcəklər. İşdə rəhbərliklə münaqişə yaratmayın. Emosiyaların təsiri ilə hərəkət etsəniz, yeni iş yeri aramalı olacaqsınız.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək, ailə büdcəsini təkbaşına idarə etmək cəhdləri uğursuzluqla sonuclanacaq. Pulla bağlı mübahisə yarana bilər. Bir qədər sonra faydalana biləcəyiniz məlumat, yaxud informasiya alacaqsınız.
Buğa - günün necə olacağı sizdən asılıdır. Ehtiyatlı və sayıq davranın, sərvaxt olun. Çətin vəziyyətə düşmüş insana yardım etməyə çalışın. Yaxın ətrafınızdakı insanlarla diqqətli, qayğıkeş davransanız, problemlərin sayı azalar. Yeni dostlar tapa bilərsiniz. Yalnız məqsədə çağtmağı düşünürək məntiqli davranmasanız, situsiya ağırlaşacaq. Unutmayın ki, bu gün yol verəcəyiniz səhv və ya yanlışlıqlar diqqəti cəlb edəcək, sizə baha başa gələcək.
Günün ikinci yarısında işgüzar aktivliyi azaldın. Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə can atmayın. Niyyətləriniz qarışıq olmasın. Anın hökmü ilə hərəkət etməyin.
Əkizlər - günün ilk yarısı əlverişli olacaq. Zamandan maksimum dərəcədə effektiv istifadə etməyə çalışın. Dürüst qərarlar qəbul edin. Zərurət yaranan anlarda intuisiyanızın səsini dinləyin. Tənbəllik və süstlüyə qapılmayın. Vacib işləri yarımçıq qoymaq, yaxud da ertələmək fikrini başınızdan atın. Belə olarsa, situasiya pisləşə bilər və durum mənfiyə doğru dəyişər.
Günün ikinci yarısında uzaq səfərə yola düşməyin, sükan arxasında çox vaxt keçirməyin. Çətin, mürəkkəb, detallara diqqət və ifrat səliqə tələb edən işlərlə məşğul olmayın. İzafi yorğunluq başağrısı və yuxusuzluğa səbəb ola bilər.
Xərçəng - ağır, mürəkkəb gündür. İmkan və təcrübənizi olduğundan artıq saymayın. Məsləhətli davranmağın gərəkdiyi yerdə müstəqil qərarlar verməyə çalışmayın. Daha təcrübəli insanların sözlərinə qulaq asın. Bəzən yazılmamış qanunlar və adətləri pozursunuz. Bu da ümumi işin xeyrinə deyil. Hansısa problemlərin həllində sizə yardım edə biləcək insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında maliyyə məsələlərin həllini, alış-verişi təxirə salın. Qarderobu yeniləmək istəyirsinizsə, nəyisə öz əllərinizlə hazırlaya bilərsiniz. Belədə həm yaradıcılıq potensialınızı reallaşdırarsınız, həm də əlavə xərclərə yol verməzsiniz.
Şir - gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə görə qıcıqlanmayın. Bədxah və ya rəqiblər bundan yararlanacaqlar. Etimada layiq olmayan insanlara güvənməyin. Onlara imkan verməyin ki, sizinlə manipulyasiya etsinlər. Tələsik və düşünülməmiş qəbul ediləcək qərarlar işgüzar münasibətlərlə şəxsi əlaqələrə ziyan vura bilər.
Günün ikinci yarısında əşyalarınız, sənədləriniz və pullarınızı gözdən uzaq saxlamayın. Mühüm nəsnəni itirmək və ya xırda oğurluq qurbanına çevrilmək riski var. Adi günlərlə müqayisədə işlər daha çoxdur. Əyləncə və ya xoş görüşü təxirə salmaq olar.
Qız - qarışıq, laübəli, amma yetərincə maraqlı gündür. İntellektual və yaradıcılıq potensialınız yüksəkdir. Çətin situasiyalarda yanlış qərar qəbul etməyin. Problemlərin orijinal həllini tapmağa çalışın. Dəvət aldığınız tədbirə qatılın, məclisdə aktiv olun. Ən ambisioz planlarınızın reallaşdırılmasında sizə yardım edə biləcək insanla qarşılaşa bilərsiniz.
Günün ikinci yarısında yeni tanışlıq olacaq. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında normal istirahət edin. Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun.
Tərəzi - təmaslarda və əlaqələrdə diqqətli olun. Bu gün çox insanlar sizinlə söhbətə can atır. Hamıya təbii ki, inanmaq olmaz. Çox vəd verən insanlar sözlərinə əməl etməyəcəklər. Sizi tərifləyən və ən kiçik məsələlərə görə sizi göylərə qaldıran insanlara inanmayın. Bədxah və rəqiblərinizin yaydıqları şayiələrlə böhtanlara görə zərbə almaq, itkilərə məruz qalmaq riskləri var.
Günün ikinci yarısı qonaq qəbulu üçün əlverişlidir. Ən məhüm məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Tanışlar sizə yardımlar edir, məsləhətlər verirlər. Fəqət, bütün bunların təmənnasız edildiyini düşünməyin. Qısamüddətli səfər uğurlu olacaq. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - peşəkar müstəvidə irəliləyişlər üçün çox əlverişli gündür. Müttəfiq və tərəfdaş seçimində yanılmasanız, uğurlara nail ola bilərsiniz. İşin təşkili ilə bağlı yaxşı ideyalar olacaq. Sizdən tələb olunan məsələ həmin ideyaları ətrafınızdakı insanlara normal təqdim etməkdir. İnsanların nə eşitmək istədiklərini anlasanız, problemləriniz olmayacaq.
Günün ikinci yarısı səfər və səyahətlər üçün əlverişlidir. Sükan arxasında çox vaxt keçirməli olsanız belə, yorulmayacaqsınız. Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edəcək.
Oxatan - ən xırda məsələlərə belə, ciddi yanaşın. Kiçik detallar və təfərrüatlara başdansovdu münasibət çox pis fəsadlara malik yanlışlıqlara səbəb ola bilər. Nə baş verirsə versin - təmkinli və soyuqqanlı olun. Nikbin davranın. Bədbinliyə qapılsanız, ağır problemlərlə üzləşə bilərsiniz. Yanınızdakı insanlar sizdən dəstək istəyir, məsləhət və yardım gözləyirlər. İlk əvvəl situsiya sizi məmnun etsə də, bir qədər sonra usana bilərsiniz.
Günün ikinci yarısında bir müddət tək qalın, müstəqil çalışın. Enerji ehtiyatlarınızı bərpa edin.
Əvvəlcədən hazırlanmış planlara riayət etmək asan deyil. Sizi işdən ayırırlar. Qəfil vizit, planlaşdırılmamış görüşlər çox vaxt alır. Alış-veriş etmək olar. Bədxərcliyə qapılmayın.
Oğlaq - bilik, bacarıq və imkanlarınızdan istifadə edin. İşgüzar görüşlərdə aktiv olun. Yeni tanışlıqlar, romantik təmaslar ola bilər. Qüsursuz görünməyə çalışın. Ətrafınızdakı insanlar sizi tərifləyəcəklər. İşgüzar münasibətlərdə şəxsi yaşamdakı məqamları qarışdırmayın.
Günün ikinci yarısı sövdələşmələr, alış-veriş, anlaşma və müzakirələr üçün əlverişlidir. Qəflətən qiymətli hədiyyə ala bilərsiniz. Şayiələr üçün səbəb yaratmayın. Çirkin sözlər və böhtanlar nüfuzunuza zərbə vura bilər.
Dolça - xoş, rəvan, uğurlu gündür. Yaşanacaq hadisələr sizi pərişan etməyəcək. Yaşam potensialının səviyyəsi yüksək olduğundan özünüzü əla hiss edəcəksiniz. İşlər çox olsa da, ruhdan düşməyin, usanmayın. Yaxın ətrafınızdakı insanları anlamağa, onlarla dil tapmağa çalışın. Bu gün baş tutacaq tanışlıqların yaxşı perspektivləri var.
Günün ikinci yarısında uzunmüddətli planlar qurmaq olar. İmkanlar, qüvvələriniz və perspektivlərinizi dəqiqləşdirin. Etibarlı müttəfiq və yeni dostlar tapacaqsınız. Maliyyə fonu əlverişlidir.
Axşam saatlarında gəlir əldə edə bilərsiniz.
Balıqlar - günün ilk yarısında kiçik problemlər istisa deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq, situasiya yaxşılaşmağa başlayacaq. Ardıcıl addımlar atın, qətiyyətli olun. Belədə problemləri dalbadal həll edə bilərsiniz. Köhnə dostlar sizə yardım edəcək, ideyalarınızı dəstəkləyəcəklər.
Günün ikinci yarısında yeni işlər və öhdəliklər yaranacaq. Ruhdan düşməyin. Əlavə işə görə pul almağı unutmayın. Yaradıcılıq fəaliyyətində uğurlar istisna deyil. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib