Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-03-2024 [00:01]
Qoç - sakit və məhsuldar gündür. Diqqəti ən vacib işə yönəltsəniz, ciddi nəticələrə nail ola bilərsiniz. Əsas odur ki, sizi seçdiyiniz yoldan çıxarmağa və fikrinizi qarışdırmağa kimsəyə imkan verməyin. İşdə həmkarlar və rəhbərliklə kiçik anlaşılmazlıqlar ola bilər. Məntiqli mövqeyinizi sübut edin, geri çəkilməyin. Belədə mövqeləriniz daha da möhkəm ola bilər. Gəlir, o cümlədən iri məbləğdə pul almağınız istisna deyil.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olmaq mümkündür. Yaxın ətrafınızdakı insanların diqqətini cəlb etmək çətin deyil. Lakin unutmayın ki, onların hamısı sizinlə maraqlanmır. Axşam saatlarında normal istirahət edin.
Buğa - səbrli, təmkinli, soyuqqanlı olun. Son günlərin uğursuzluqlarından sonra bu gün uğur sizin olacaq. İşdə və evdə münaqişələr adi günlərlə müqayisədə daha çox ola bilər. Gərilən sinirləri və tüğyan edən hissləri cilovlamağa çalışın. İmkan varsa, güzəştə gedin.
Düşünülüməmiş qərarlar qəbul etməyin. Yaxın ətrafınızdakı insanlar sizin nə etdiyinizi, nələr düşündüyünüzü anlamağa çalışırlar. Anlaşma və sövdələşmələr üçün əlverişli gün deyil. Hətta ən gərəkli, zəruri əşyalar almaq üçün çox pul xərcləməyin.
Günün ikinci yarısında cari və rutin işlər sizə usandırıcı gəlməsin. Çalışqanlıq əsəblərinizi sakitləşdirəcək, əhvalınızı rəvan edəcək. Yaşam arealında qayda yaradın, gərəksiz əşyalardan qurtulun. Bədbin fikirlərə qapılmayın, nikbin davranın.
Əkizlər - məhsuldar və əlverişli gündür. Başladığınız işlər yaxşı nəticə verə bilər. Uğura aparan yolu seçin. Hansısa maneə və ya sədd yaranarsa, geri çəkilməyin, qətiyyətli olun. Əsla ruhdan düşməyin. İnadla və əzmlə işləsəniz, gələcək nailiyyətlərin əsasını qoyacaqsınız. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaranacaq. Yaxınlarınız sizi tərifləyəcəklər. Yaxşı formada olun, aktiv istirahət edin. Axşam saatları idman üçün münasibdir.
Xərçəng - hər addımınızı düşünüb-daşınandan sonra atın. Bu gün yol verəcəyiniz yanlışlıq və ya səhvin fəsadları çox pis ola bilər. Əvvəlki günlərdən fərqli olaraq işdə fikir ayrılıqları və ixtilaflar daha çoxdur.
Əvvəllər sizi dəstəkləyən insanlar bu gün bədxahların tərəfinə keçə bilərlər. İşgüzar danışıqlar, peşəkar fəaliyyətlə bağlı mühüm qərarların qəbul olunması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Borc almaq əvəzinə planlaşdırılan alış-veriş və ya əyləncəni təxirə salın. Yaxınlarınızla söhbətdə hansısa mühüm məsələ ilə bağlı razılığa gəlmək asan deyil. Lakin səbrli olsanız, məqsədə çatacaqsınız.
Şir - əvvəllər başlanmış işləri və ya uzanan danışıqları bitirmək üçün əlverişli zamandır. Uğurlar və irəliləyişiniz diqqətdən kənarda qalmayacaq. Maraqlı işgüzar təklif ala bilərsiniz. Vaxtınızı hədər yerə sərf etməyin, hər dəqiqədən yararlanmağa çalışın.
Belədə rəqiblər və ya bədxahlarla müqayisədə daha çox iş görə bilərsiniz. Yenilikləri, innovasiyaları əxz edin. Bilik və bacarıqlarınızı artırın. Təcrübəli həmkarların məsləhətlərinə qulaq asmaq gərəkdir.
Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılığı, hətta münaqişə istisna deyil. Buna yol verməyin. Mübahisə çox ciddi münaqişəyə səbəb ola bilər. Özünüzü ifrat dərəcədə yormayın. Axşam saatlarında normal istirahət edin.
Qız - yalnız öz fikrinizə güvənərək mövqelərinizi absolyut həqiqət saymayın. Yaranmış situsiyanı dəyərləndirməkdə çətinlik çəkə bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Planlarınızı etibar etdiyiniz insanlarla müzakirə edin. Uzun-uzadı müzakirələrdən sonra yeni tərəfdaşlarla əməkdaşlıq barədə anlaşmaya nail olmaq mümkündür. Yeni iş və ya sifariş istisna deyil.
Dəvət aldığınız tədbirə qatılın. Günün ikinci yarısı romantik təmaslar üçün əlverişlidir. Dəyər verdiyiniz insanlar sizə laqeyd qalmayacaqlar.Axşam saatlarında normal istirahət edin.
Tərəzi - hadisələrlə zəngin, maraqlı gündür. Xoş görüşlər, maraqlı və səmimi insanlarla təmaslar olacaq. Şəxsi həyatınızda müsbət dəyişikliklər olacaq. Fəqət, heç bir halda peşəkar fəaliyyətinizlə bağlı məsələlər arxa plana düşməsin. Cari işləri unutmayın, rutin işləri bitirin. Dəyər verdiyiniz insandan xoş xəbərlər alacaqsınız.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət üçün əlverişlidir. Onlar yaxşı məsləhət verəcək, dəyərli informasiya ilə bölüşəcək, sizi sevindirəcəklər. Kiçik səfər və gəzintilərdə xeyir var.
Əqrəb - dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı gündür. Diqqət mərkəzində olacaq, maraqlandığınız insanla bir araya gələcəksiniz. İşinizdə müsbət dəyişikliklər ola bilər. İdeyalarınız dəstəklənir.
Çalışdığınız yerdə kadr dəyişiklikləri olacaq. Tapşırıq və öhdəliklərin öhdəsindən gəlin. Belə davranışınız diqqətdən kənar qalmayacaq. Günün ikinci yarısı sənədlərlə iş, hüquqi məsələlərin həlli, dövlət qurumlarına üz tutmaq üçün əlverişlidir. Nüfuzlu insandan dəstək ala bilsəniz, ciddi problemlərdən birinin həllində sizə dəstək verəcək.
Oxatan - zəhmətkeş olun, ikinci dərəcəli məsələlərə və detallara fikir vermədən çalışın. Yaxın ətrafınızdakı insanlardan da belə intensiv zəhmət tələb etsəniz, onlar müqavimət göstərəcəklər. Münaqişə istisna deyil. İşdə rəhbərliyin davranışı gözlənilməz ola bilər. Verilən tapşırıqları vaxtında icra edin, sifarişləri unutmayın.
Günün ikinci yarısında gəlir və ya əhəmiyyətli məbləğdə pulun alınması istisna deyil. Harasa yollansanız, sonuc uğurlu olacaq. Anlaşma və sövdələşmələrin sonucları pis alınmayacaq. Alış-verişdə bir qədər qənaətcil olun. Axşam saatlarını normal istirahətə sərf edin.
Oğlaq - mürəkkəb və genişmiqyaslı işə başlamaq olar. Gəlir əldə etməklə yanaşı, yaşamınızın konkret sahəsində irəliləyişə nail olun.
Çətinliklər yaransa da, başladığınız işi yarımçıq qoymayın. Uğur mütləq olacaq, amma dərhal, sürətli nəticə əldə etməyi arzulamayın. Gəlirlər istisna deyil. İşdə rəhbərliklə dialoqu dürüst qursanız, karyera müstəvisində irəliləyiş şansları yaranacaq.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclüdür. Onlar şəxsi münasibətlərdə də hiss olunacaqlar. Təmaslar daha harmonik və dərin olacaq, ciddi məzmun alacaq. Sevdiyiniz insanlarla münasibətlərdə sayıq, qayğıkeş, həssas olun.
Dolça - ehtiyatlı olun, düşünülməmiş qərarlar verməyin. Təzyiq və təsir altında hansısa öhdəliklər verməyin. Yeni işə başlamazdan əvvəl hansı nəticəyə nail olmaq istədiyinizi düşünün. Həmin nəticənin başqasına yox, məhz sizə uğur gətirəcəyinə əmin olun.
Sizi maraqlandıran işlərə bütünlüklə diqqət ayıraraq ətrafda baş verənləri görməyə bilərsiniz. Zəifliyinizdən, yalnış qərarlarınızdan bədxahlarınız yararlana bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla sizi narahat edən məsələləri müzakirə edə bilərsiniz. Sizi narahat edən suallara cavab arayın. Təxəyyül və gümanlara bel bağlamayın. İlk mənbədən aldığınız dəqiq məlumata güvənin.
Balıqlar - gün ümumən pis deyil. Emosional fon əlverişli deyil. Qəzəbli və aqressiv, qıcıqlı olmayın. Adi günlərlə müqayisədə sərt danışmayın. Sərvaxtlıq və həssaslığı unutmayın. Yaxın ətrafınızdakı insanlar əhvalınızı anladıqlarından davranışınıza və emosiyalarınıza anlamla yanaşırlar. Sakitləşin, soyuqqanlı olun.
Günün ikinci yarısında özünüzü ifrat dərəcədə yormayın. Yaşam enerjisinin səviyyəsi yüksək deyil. İfrat yorğunluq səhhətinizdə problemlər yarada bilər. Yaşlı qohumlarla təmaslarda, ünsiyyətdə süni çətinliklərə səbəbkar olmayın. Ətrafınızdakı insanlar qarşınızda ifrat tələblər qoyurlar.
Milli.Az
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib