3 saylı Uşaq Evində qanunn pozuntuları aşkarlanıb

img

19-03-2024 [16:30]


3 saylı Uşaq Evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi aşkar olunub.

Mia.az xəbər verir ki, bu İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr zamanı müəyyən edilib.

Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

MPQ üzvləri hər iki müssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA