Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18-03-2024 [00:02]
Qoç - Döyüşə can atır, barrikadalarda olmağa çalışırsınız. Belə davranmayın. Darıxdırıcı, rutin işlərlə məşğuliyyət məcburiyyəti yaranır. Yeknəsəq situasiya sizə bilik və bacarıqlarınızı nümayiş etdirməyə, habelə başgicəlləndirən qələbələrə nail olmağa imkan vermir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli, həssas olun.
Günün ikinci yarısında fiziki işlərdə fayda var. Bu minvalla gərəksiz enerjidən qurtula bilərsiniz. Yeni işdə və ya istiqamətdə qüvvənizi sınayın. Sevdiyiniz insanla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Təxəyyülünüzdən bəhrələnsəniz, unudulmaz emosiyalar alacaqsınız.
Buğa - Diqqət mərkəzində olmağa çalışmayın. Uğurlarınız barədə çox danışmayın, hisslərinizin etiraflarına varmayın. İşdə hamını qabaqlamağa çalışın. Sövdələşmə və anlaşmaların sərfəli, gəlirli olmasına can atın. Yaşamınızda müsbət dəyişikliklər zamanıdır.
Günün ikinci yarısında əhvalınız yaxşı olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerji çatışmazlığından şikayətlənmirsiniz. Qısamüddətli səfər və ya səyahətlər pis alınmayacaq.
Əkizlər - Əhvalınız sürətlə dəyişəcək. İfrata varmayın, az sonra nə istəyəcəyini bilməyən insana çevrilməyin. Aşkar və ciddi səhvlərə yol verməməyə çalışın. İntuisiyanız sizə yardım edəcək. Xırda, kiçik saydığınız məqamlara xüsusi diqqət yetirin. Peşəkar fəaliyyətlə bağlı öhdəliklərə başdansovdu yanaşmayın. İşdə həmkarlarınızla müqayisədə daha məhsuldar olmağa səy göstərin. Günün ikinci yarısında yaxınlarınızla təmaslar xoş emosiyalar bəxş edəcək. Yeni tanışlıqlar istisna deyil. Axşam saatlarına yaxın əhvalınız yaxşı olacaq. Lakin səhhətinizə fikir verməyi unutmayın.
Xərçəng - Cəsarətli, qətiyyətli olun. Qələbə üçün bütün şanslarınız var. Əzm və iradə ilə irəliləyin, bədxahların yaramaz davranışlarına fikir verməyin. Yeni iş yerində çalışırsınızsa, faydalı tanışlıqlar və məsləhətlərdən yararlanın. Kiminsə rəğbətini qazanmağa can atırsınızsa, özünüzü reklam etməkdən çəkinməyin. Kimsə sizi özünüz təki tərifləyə bilməz. Uğurlar və nailiyyətlərinizdən danışın, işlərinizin bəhrələrini nümayiş etdirin.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Fiziki işlərin həddini artırmayın. Mikrotravma və zədə riski var. Rahat ayaqqabı seçin. Pəncələriniz yaralanmasın.
Şir - Səbr, əzmkarlıq, zəhmətkeşlik və inad etsəniz, uğura nail olacaqsınız. Məqsədiniz kiçik, mənasız olmasın. İşgüzar duyumunuzu iti edin, başladığınız işləri yarımçıq qoymayın. Peşəkar fəaliyyət müstəvisindəki uğurlarınız daha da çox, məzmunlu ola bilər. Bədxahlarla rəqibləriniz aktivləşir. Bu adamların liderini, təşəbbüskarını müəyyənləşdirin. Çünki həmin şəxs az sonra sizə qarşı yeni pislik etməyə can atacaq.
Günün ikinci yarısında yaşam enerjisinin səviyyəsi yüksək olacaq. Fiziki işlə məşğulsunuzsa, özünüzü çox yormayın. Axşam saatları aktiv istirahət, ailəvi əyləncə üçün məsləhətlidir.
Qız - Baş verən hadisələrdən asılı olmayaraq soyuqqanlı və təmkinli davranın. Şərtlər xüsusilə ağır, situasiya çətin olarsa, təmkinli insan təsiri bağışlayın. Hətta ən qısa müddətdə emosiyalarınızı nəzarətdən çıxarmayın. Kontrol azacıq zəifləyərsə, hər şey alt-üst ola bilər. Sayğı bəslədiyiniz, hörmət etdiyiniz insanların bəziləri bu gün çox pis hərəkətlər edirlər. Sinirlənsəniz də, emosional olmayın. Belə insanlarla münasibətləri, deyəsən, uzun müddət sərin saxlamalı olacaqsınız. Axşam saatlarında normal istirahəti seçin. Ailə üzvləri ilə birlikdə olmağınız məsləhətdir.
Tərəzi - Hadisələr istəyinizin tam əksinə olaraq sürətlə inkişaf etmir. Bəzi olayları izləmək və təqib etmək imkanlarınız yoxdur. Önəmli olayları diqqətdən qaçırmayın. Bu gün ən kiçik "milçəyi" rəqiblər və bədxahlar filə çevirəcəklər.
İşdə rəhbərlik hər addımınızı izləyir. Ruhdan düşməyin. Korporativ qaydalar və əmək müqaviləsinə uyğun olaraq inamla addımlayın. Dress-kodu unutmayın.
Günün ikinci yarısında əsəblər tarıma çəkiləcək, gərginlik yaranacaq. Başağrısı, ürək ağrıları istisna deyil. Bundan başqa, xroniki ağrılar kəskinləşə bilər.
Əqrəb - Adətən çətinliklərdən qorxmasanız da, bu gün ehtiyatlı olun. Hamı və hər şey sizə qarşı deyil. Narahat olmayın, yalnız zahirən belədir. Saatlar keçdikdən sonra situasiya dəyişməyə başlayacaq. Sizə yardım edəcək şəxslər var. Onlarla birgə fəaliyyət özünüzə əminliyi bərpa edəcək.
Sizə qarşı ünvanlanmış zəhərli şayiə oxları, bədxahlarla düşmənlərin sözlərinə fikir verməyin. Onların işi paxıllıq, yaramazlıqdır. Bu zavallıları yenə pərişan edin. Günün ikinci yarısında rasiona fikir verin. Düzgün qidalanma prinsiplərinə riayət edin. Tamahınıza yenilməyin. Aktiv istirahəti seçin.
Oxatan - Qarışıq durumu sürətlə, dərhal araşdırmağa çalışmayın. Sular bulanıq qaldığı zamanda "iri balıq" tuta bilərsiniz. Müxtəlif hiyləgərliklərin öhdəsindən gələ bilərsiniz. Lakin ifrat tələbat olmadan belə davranmayın. Əks təqdirdə çox pis fəsadlarla üzləşə bilərsiniz.
Günün ikinci yarısı şəxsi münasibətlər müstəvisindəki problemlərin həlli üçün əlverişlidir. Çətinliklərə həll tapacaqsınız. Əhvalınız pis olmayacaq. Fiziki iş və ya idmanla məşğul olmaq sizi yormayacaq.
Planlaşdırılmamış səfərlər uğurlu alınacaq. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Xoşagəlməz və darıxdırıcı işləri təxirə salmayın. Aktiv, diqqətli olun. Tənbəllik etməsəniz, işlərin tam əksəriyyətinin öhdəsindən gələcəksiniz. Daxili təbəddülatları dəf edin. Məqsədə doğru sürətli hərəkətə başlayın. Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Əvvəllər bir yerdə çalışdığınız insanların dediklərinə qulaq asın.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Orqanizmi sınağa çəkməyin. Axşam saatlarında yağlı, "ağır" yeməklər yeməyin.
Dolça - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Hər addımdan əvvəl nə qədər çox düşünsəniz, bir o qədər kənar və əlavə amilləri nəzərə almalı olacaqsınız. İşgüzar fəaliyyət və kommersiya sahəsində yaxşı tanıdığınız insanlarla çalışın.
Yeni tanışlıqlara can atmayın. İnsanlar barədə yanlış qərarlar verməyin. İstənilən formada romantik münasibətlərə başlamaq məsləhət deyil. İşdə sayıq, soyuqqanlı olun.
Günün ikinci yarısında hisslərinizi etiraf etməyin. Problemlərinizi hətta ən yaxın adamlarla müzakirə etməyin. Sizi yanlış anlaya bilərlər. Rasiona ciddi diqqət yetirin. Qida zəhərlənməsi və allergik reaksiya riskləri artır.
Balıqlar - Çətin, qarışıq, amma maraqlı gündür. İndiyədək izhar edə bilmədiyiniz məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Əsas məsələ odur ki, çaş-baş qalmayın, bacarıq və biliklərinizi göstərməkdən çəkinməyin. Diqqəti nə qədər çox cəlb edə bilsəniz, o qədər yaxşıdır. Yeni, məhsuldar əməkdaşlığa başlamaq olar. İşgüzar maraqların ümumiliyi üzərində qurulan münasibətlərə emosiyaların qarışmasına imkan verməyin. Yaşam potensialının səviyyəsi aşağıdır. Zökəm və soyuqdəymə riski var. Meteohəssaslığınız artır. Səhhətinizə fikir verin.
Milli.Az
Sahail Babayev bu nazirliyin jurnalını da bağladı - Növbə kimindir?
2500 illik qədim piramida xarabalığa çevrilib
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən açıqlama
Çempionlar Liqası: hansı komandalar mərhələ adladı?
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kəlbəcər rayonunda zəlzələ olub
RƏSMİ MOSKVADAN BAKI, YEREVAN VƏ VAŞİNQTONA MESAJ: “Heç bir təhdid..." - “NATO Cənubi Qafqazda güclənməyə çalışır”
FED 32 il sonra tarixi qərara imza atdı
Xəyalə Rəis Baş redaktor vəzifəsindən getdi
Çempionlar Liqası: “Qarabağ” mərhələ adlayıb
ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanıda - FOTO
İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub
Qəzzada 7 nəfər aclıqdan ölüb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp Hindistanı "qaraladı": "25 faizlik gömrük rüsumu ödəyəcəklər"
"Kontakhome"da dərəbəylik: 630 manata alınan telefon sənəddə necə 1052 manata qaldırılıb?
Qurban Qurbanov Mia.az-ın sualına cavab verir: "Mən o atmacaya cavab vermək istəmirəm" - VİDEO
Vilayət Eyvazov 454 nəfəri qəbul etdi, 297 nəfəri isə... - Nazir yeni tapşırıqlar verdi (VİDEO, FOTOLAR)
Daha bir Dövlət Agentliyində korrupsiya faktları üzə çıxdı - Rəsmi yoxlamanın nəticələri...
İSTİLİK XİDMƏTİ BAHALAŞDI - Tarif Şurası qərar verdi
Bloger Qabil Məmmədova qiyabi hökm oxunub - 24 maddə üzrə
DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMA: milyonlarla manat hara xərclənib?
"O, çox bacarıqlı idi..." - Emin Ağalarovun anası + VİDEO
Azərbaycan diasporunun rəhbəri axtarışa verildi
"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər" - İmtahanlarda fırıldaqçılıq işi böyüyür
Müğənni Dəniz Əsədova həbsdə qaldı - Hakim şikayətə "yox" dedi
Elçin Məsiyev UEFA-dan təyinat alıb
Qvatemalada zəlzələ... - Ölən var
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam
Luiz Diaz "Bavariya"ya transfer olub
"Göztəpə" braziliyalı sağ cinah müdafiəçisi ilə anlaşıb
"Real Madrid"in yeni 10 nömrəsi bəlli olub
Sunami Kaliforniya sahillərinə çatıb
"Beşiktaş" Taha Şahinə "elçi" düşüb
"Fortaleza" Keny Arroyo ilə danışıqlara başlayıb
"Beşiktaş" Qvido Rodriges ilə maraqlanır
Viktor Osimhen İstanbula gəlir
Tramp Alyaska, Havay və ABŞ-nin Sakit okean sahilində sunami təhlükəsi barədə xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alınıb
"Əl Nassr" Coa Feliks ilə anlaşıb