Kamil Zeynallı: "Heç bir oğru ilə oturub-durmuram" - "Mənim dilim-ağzım, əlim-qolum yoxdur?" (MÜSAHİBƏ)
14-03-2024 [11:55]
Mia.az xəbər verir ki, tanınmış fitnes müəllimi Kamil Zeynallı Kult.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?
– Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stress keçirirdim. Sizi inandırım, “Kamil qorxur” deyənlərin hansının üzünə “Səni Ermənistana təhvil veririk” desələr, ürəkləri gedər. Dostlarımdan, övladımdan, anamdan, ailəmdən ayrı düşəcəkdim, özü də Azərbaycanda yox, düşmən ölkədə. Stressli olmağım da normaldır. Hətta inanmırdım ki, azadlığa çıxa bilərəm. Bir anlıq elə bildim, vəssalam, hər şey bitdi. Amma bu günə şükür. Bir daha dövlətimizə, cənab Prezidentə təşəkkür edirəm ki, məni tək buraxmadılar. Vallah, bu, elə-belə məsələ deyildi, elə şeylər var, onları açıqlaya bilmirəm. Məni məhkəməsiz-filansız birbaşa azad elədilər. Qıraqdan adi görünə bilər, amma elə məsələlər var ki… Nəysə.
– Həbs olunmamışdan əvvəl də bir neçə dəfə Rusiyaya getmisiniz. Amma gedəndə yox, qayıdanda saxlanıldınız. Ümumiyyətlə, Rusiyaya niyə tez-tez gedirsiniz ki?
– Mən qış fəslini çox sevirəm. Soyuq havaya, qara aşiqəm. Azərbaycanda isə istədiyim soyuq hava nadir hallarda olur. Səfərlərimin məqsədi birmənalı olaraq istirahətdir, gedib soyuq havadan həzz almaqdır. Orada rus hamamına girirəm, buzlu suda çimirəm, bu da mənim əyləncəmdir. Məsələ belədir ki, mənim adımı Ermənistan axtarışa verərkən hərfin birini səhv yazıb. Bir hərfə görə məni əslində, elə bir neçə dəfə saxlamışdılar da. Amma hər dəfə sorğu-sual edib buraxırdılar. Xəbərim də yox idi nə üçün belə olur. Düşünürdüm, yəqin ki, xırda bir məsələdir, prosedur belədir. Sonuncu dəfə Rusiyadan şəkillər paylaşanda Ermənistandan zəng vurub xəbər ediblər ki, axtarışa verdiyimiz adam sizin ölkədən video-şəkil paylaşır, nə məsələdir? Məni də fürsət bilib qayıdanda saxladılar.
– Kamil, çox vaxt fiziki baxımdan güclü adamlar, ümumən elə bir çox idmançı “hərba-zorba adam” olur. Bu fikir həm də sizə aiddir. Niyə beləsiniz?
– Doğru deyirsiniz. İdmançıların çoxu “hərba-zorba”, yekəxana adamlardır. Beş barmağın hamısı eyni deyil. Bütün bunlar isə həm də təhsillə əlaqəlidir. İdman elə bir şeydir ki, adama özgüvən verir. Amma gərək bundan düzgün istifadə edə biləsən. Ağlın, təhsilin, savadın olsun. Məni məktəbdə uşaqlarla görüşə çağırmışdılar. Orada dedim ki, idmanı seçib, təhsildən uzaq olmayın. Qolunuz güclü, başınız boş olmasın. Bəziləri bədən çıxardır, iki yumruq atır, özünü qoyur dağ başına. Bəzən olub ki, mənim yanımda olan bir idmançı ofisiantın üstünə qışqırıb. Tez onu danlamışam ki, sən kimsən ona qışqırasan? Gücünə güvənirsən? Özüm çıxıb həmin ofisiantdan üzr istəmişəm.
– Yəni, deyirsiniz ki, siz yekəxana, gücünə güvənən adam deyilsiniz?
– Əlbəttə ki, belə deyiləm. Mən özümə güvənirəm, gücümə güvənirəm, amma bunu kimisə döymək üçün istifadə etmirəm. Məni tanıyan hamı bilir ki, necə səmimiyəm. Sizinlə də səmimi danışıram, nə yekəxanalıq edim ki? Həyatın hər üzünü, hər çətinliyini görmüşəm. Adamlar var, deyir ki, Kamilin pulu var, özünü dartır. Dartıb nə edirəm? Salam verirlər, almıram? Yolda tutub döyürəm? Neynirəm də? Mən fəhlə də olmuşam, araba da dartmışam, bazarda da işləmişəm. Ən kasıb həyat nədirsə, yaşamışam. Həyatın dibini görən adamam. Özümü dartmaq üçün heç bir səbəbim yoxdur. Arxamda da heç kim olmayıb, dəstək görməmişəm. Nə eləmişəmsə, ancaq öz gücümə etmişəm.
– Bəzi adamlar deyir ki, Kamil bir layihədir, ictimai məsələlərdə onu qəsdən ortaya atırlar. Məsələn, pandemiyada etdiyiniz yardımlar, o cümlədən müharibədəki fəaliyyətiniz. Qəribədir, yaxşılıq etməyə çalışdığınız halda niyə qınanırsınız?
– Bütün bunların hamısı paxıllıqdandır. Bilirsiniz, mənim elədiyim heç nədir. Dövlətin elədiyinin yanında mən nə edə bilərəm ki? Yaxşı, indi mən də sual verirəm ki, bu cür deyən adamların hansı biri ətrafına bu qədər adam yığa bilər? Kim kömək çağırışı eləsə, ona minlərlə adam inanacaq? Nəyi pisdir axı? Pislik edirəm? Tanınmış adamam, dostlarım çoxdur. Pandemiyada dostların köməkliyi ilə o qədər yardımlar payladım ki! Vətəndaş mövqeyidir də. O cümlədən, Qarabağ müharibəsində də. Düzdür, qanunsuz əməl də etdim, “getmə” demişdilər, “girmə” demişdilər, qulaq asmadım, ürəyim dözmədi. Buna görə də dövlət cəza verdi. Bu cəzadan da narazı deyiləm. Dövlətdən çox bilməyəcəyik ki!
– Döyüşmək istəyirdinizsə, niyə könüllü yazılmamışdınız?
– Yanlış düşünürsünüz. Kim deyir yazılmamışdım? Yazılmışdım, aparmadılar, mən də bu yolu seçdim. Dəstək olanlara yenə də təşəkkür edirəm. Bunu təkbaşına, öz cibimdən eləməmişəm, dostlar, sevənlər edib. Utanmayıb deyirlər ki, Kamil başqasının hesabına edir, sağ əlin verdiyini sol əl bilməməlidir. Belə də düşüncə olar? Mən özümü reklam edirəm ki? Reklama ehtiyacım var? Ona görə deyirəm ki, əgər mənim reklam məqsədim varsa, Allah bilsin. Niyyətimdə pis nəsə varsa, yenə də Allah bilsin. Bir söz var, “Allah ürəyinə görə versin”. Bax mənə də, hamıya da Allah ürəyimizə görə versin. Bundan gözəl alqış da, qarğış da yoxdur.
– Yekəxana, özündənrazı deyiləm deyirsiniz, amma sosial şəbəkədə tez-tez adamları söydüyünüzü görürük.
– Bu, 2019-cu ilə qədər olan məsələlər idi. Düzü, mən bir az da əsəbi, səbirsiz, emosional adamam. Normal tənqid edən heç kimi söyməmişəm, kim məni təhqir edibsə, ikiqat cavabını vermişəm. Verməyim? Adam var, məndən xoşu gəlmir, girib ailəmi söyür. Xəstəsən? Ailəm sənə nə edib? Adam bu qədər əxlaqsız olar? Mən belə adamları söyməyim, nə edim? Amma daha əvvəlkitək söymürəm. Düşünürəm, cəmiyyət üçün yaxşı bir nümunəyəm, göz önündəyəm, mənə uşaqlar da baxır. İstəmirəm ki, onlar məndən pis nəsə görsünlər.
– Axrıncı dəfə yazıçı Kəramət Böyükçöl haqqında da sərt təhqirlər yazmışdınız…
– Kəramət yazıçıdır, qələmi var, getsin yazısını yazsın. Düzdür, söymüşəm onu da. Amma niyə? Mənə şər atırdı, haqqımda nəlayiq sözlər işlədirdi. Onu çox pis söydüm, sonra da peşman oldum ki, oğlu-qızı, ata-anası, dost-tanışı baxır. Yəni buna görə pis olmuşam. Daş ürəkli adam deyiləm. Amma gərək adamı o həddə çatdırmasınlar axı. Sabah üzbəüz gələ bilərik. Mənim dilim-ağzım, əlim-qolum yoxdur?
– Bu müsahibəyə mənfi şərh yazanlar olsa, söyməyəcəksiniz ki?
– Yox, söyməyəcəm (gülür). Amma gərək fikir bildirənlər də təhqirə yol verməsin. O təhqir edənlərin çoxu mənə şəxsidə gah “tanış olaq” yazır, gah da məni sevdiyini. Cavab almayanda da yanıqlı qalırlar. Müsahibədən sonra sizə göstərəcəm söyüş yazan adamların şəxsidəki danışıqlarını.
– Adətən, ictimai işlərlə məşğul olan, tanınan adamlar sonradan siyasətə də qoşulmağa çalışır. Məsələn, siz deputat olmaq istəmirsiniz?
– Yox, vallah, nə yalan deyim, siyasət mənlik məsələ deyil. Mənim siyasətə qarışmağım odur ki, dövlətimin yanındayam, vəssalam.
– Bəziləri deyir ki, xalqa xidmət edirəm, ictimai işlər özü də bir xidmətdir. Niyə deputat olub, daha yaxşı xidmət eləməyəsiniz ki? Məsələn, dostunuz Kamil Musəvi olmaq istəyir.
– Səbəblər çoxdur. Deputat olmaq da asan məsələ deyil. Kamil gözəl oğlandır, ondan yaxşı deputat olar. Mənimsə əvvəldən belə bir istəyim olmayıb. İkinci bir məsələ isə odur ki, o vəzifə ağırdır, məsuliyyəti var. Mən deputat olsam, azadlığımı itirəcəm. İndiki kimi rahat hərəkət edə, gəzə, danışa bilmərəm. Belə yaxşıdır, belə də xidmət edirəm.
– Kamil, idmançılar eyni zamanda çox vaxt kriminal aləmlə də bağlı olurlar. Sizin bu aləmlə hər hansı bir əlaqəniz var?
– Xeyr, heç bir əlaqəm yoxdur.
– Amma bir videoda kriminal oğrulardan birinin adı çəkmişdiniz…
– Əlaqə başqa şeydir. Xüsusi olaraq heç bir oğru ilə oturub-durmuram, dostluq etmirəm.
– Amma belə tanışlığınız var?
– Dünyasını dəyişən, hazırda sağ da olan kriminal oğrular var ki, onlar mənim xətrimi çox istəyir, mən də onların. İnsan kimi bir-birimizə hörmətimiz var. Amma xüsusi bir bağlılığım yoxdur, hətta bu aləmə qarşıyam da. Yəni istəmirəm ki, gənclər, məktəblilər “A.Y.E” deyib ortalıqda gəzsinlər, cinayətə meyillənsinlər. Ondansa, təhsil alsınlar, idman etsinlər, biz də baxıb fəxr edək.
MİA.AZ
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib