DİN-də daha iki dəyişiklik - Rəis təyinatları

img

13-03-2024 [12:53]


Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA