Bakıya qarşı toplantının GİZLİNLƏRİ: ərazimizdə yeni münaqişə yaradılır? - TƏHLİL
12-03-2024 [16:04]
İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib.
Konfransdakı bəzi məqamlar milli və dövlətçilik maraqlarımıza ziddir. Konfrans İranın Azərbaycanda etnik azlıqları, xüsusilə də talışları ayaqlandırmaq, onlara dini radikal ideologiya ilə yanaşı separatçı fikirlər aşıladığını sübut edir.
Nə baş verir?
Bu gün Azərbaycanla yanaşı İranda da talışlar yaşayır. Hətta talışların sayı İranda daha çoxdur. Bu mənada İranda talışlarla bağlı konfransın keçirilməsi normaldır, lakin əsas məruzəçi qismində çıxış edənin Boris Talışinski olması vəziyyəti dəyişir.
Onun qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” təqdim edilməsi, “Ələkrəm Hümbətovun varisi” adlandırılması, habelə bütün bu məlumatları İranın əsas xəbər agentliyi olan İRNA-nın paylaşması məsələnin iç üzünü ortaya qoyur.
Ələkram Hümbətovun varisi
Boris Talışinski əslində təhlükəli və ciddi proyektdir. Bu proyektin arxasında bir yox, birdən çox qrup dayanır. Yəni onun Qərbdə, Rusiyada, Ermənistanda, İranda da dəstəkçiləri var. Bu şəxs adını çəkdiyim ölkələrin xüsusi xidmət orqanları ilə birbaşa təmasdadır. Özü də savadsız, təhsilsiz bir şəxs deyil. Kifayət qədər peşəkarlıqla yetişdirilmiş intellektual kimliyə bürünən şəxsdir.
Boris Talışinski əslində uzun müddətdir Feysbuk sosial şəbəkəsində çox aktivdir və açıq-aşkar separatçılıq edir. Bundan başqa, o Türkiyə üçün də potensial təhdiddir. Çünki talış separatizmi ilə paralel “laz”, “zaza”, “kürd” separatizminin də danışan səsidir.
Bu şəxs Ermənistanda, hətta işğal dövründə Qarabağda da olub. Ələkrəm Hümbətovun Şuşada açdığı radioda qonaq qismində çıxışlar edib. Keçmiş separatçı rejimin təmsilçiləri ilə görüşüb.
Boris Talışinskinin çıxışlarında ən çox diqqətçəkən məqam onun İrana toxunmaması, daha çox Azərbaycandakı talışlarla bağlı məqamları, “məlumatları” dilə gətirməsidir.
Prinsip etibarilə bu gün Azərbaycanda talışların sayı İrandan daha azdır, lakin onlar talış dilində təhsil ala bilir, mədəniyyətlərini yaşada bilirlər. Ümumiyyətlə, Azərbaycanda heç bir etnosun mədəniyyətinə toxunulmur, əksinə onlar yaşadılaraq dünyaya təqdim edilir.
Misal üçün, Şuşada baş tutan konsert proqramında talış mədəniyyəti də nümayiş etdirildi. İranda isə sayları az qala bir milyona çatan talışların bir dənə də olsun məktəbi yoxdur. Paralel olaraq talışlar kimi sayları kiçik etnoslar İran mədəniyyəti adı altına assimilyasiya edilir, dini-radikal ideologiyalarla milli şüuru məhv edilir.
Boris Talışinskinin bunları deyil, Azərbaycanla bağlı dezinfomasiyalar yayması, əsassız ittihamlar irəli sürməsi onun İranla, SEPAH-la bağlantısının olduğunu sübut edir.
Üzdə dost, gerçəkdə düşmən…
“Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans və Boris Talışinski faktoru bir daha İranın Azərbaycanla münasibətləri müəyyən maraqları xatirinə müvəqqəti normallaşdırdığını göstərir.
Tehran üzdə münasibətləri normallaşdırsa da, Bakı ilə daha fərqli metodlarla mübarizə aparmaq qərarına gəlib. Ümumiyyətlə, İran bu günə qədər Azərbaycana daha çox dini-ideoloji müstəvidə təzyiq edir, şiə inanclı şəxsləri bu siyasətin vasitəçisi halına gətirirdi. Lakin Bakının bu istiqamətdə apardığı əməliyyatlar, habelə İran agenturasına vurulan zərbələr Tehranı “B planı”na keçməyə vadar etdi. Söhbət talış, tat və bu qəbildən olan etnosların milli kimlik adı altında separatizmə sövq edib Bakıya təzyiq edilməsindən gedir.
“Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfransın moderatoru Əhməd Kazemi Azərbaycana qarşı mütəmadi çıxışları ilə tanınır. Onun birbaşa SEPAH-la əlaqəsinin olması istisna deyil.
Aydın məsələdir ki, bu konfransın məhz indi təşkil edilməsi təsadüfi deyil. Qarabağda erməni separatizminin məhv edilməsindən sonra Azərbaycanın başını qatacaq yeni bir münaqişəyə ehtiyac görülür. Bu işdə İran və Ermənistan ortaq hərəkət edir. Təsadüfi deyil ki, Ə.Hümbətov da İrəvanda “qəhrəman” kimi qəbul olunurdu. Onu həm İran, həm də Ermənistan dəstəkləyirdi. Azərbaycanda separatizmin sonunun necə olduğunu bütün dünya gördü.
Turan Rzayev
MİA.AZ
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub