Sumqayıtda dəhşətli cinayət: "Soruşdum ki, qızın xəyanət eləsə, nə edərsən, dedi başını kəsərəm.." - "Dedi, gözəl-göyçək arvadın var..."
12-03-2024 [15:58]
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib – red.) öldürüb.
Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünün ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.
O, Aygünün saat 20.00-da işlədiyi geyim mağazasından evə gəldiyini bildiyi üçün intiqam almaq məqsədilə 19 fevral 2023-cü ildə saat 19.30-da onun kirayədə yaşadığı mənzilə gəlib. Binanın 3-cü blokun 3-4-cü mərtəbələri arasında gizlənib. Saat 20.00-da Aygünün mənzilinə daxil olan zaman telefonda kiminləsə danışaraq evdən görüntülü zənglə yığacağını bildirməsini eşidib. Aygünün arxasınca gözlənilmədən mənzilə daxil olub və telefonda danışdığı şəxsin kimliyini soruşub, ardınca isə telefonu verməyini tələb edib.
Aygün bundan imtina etdikdə isə evindən gətirdiyi və kəmərinin altında gizlətdiyi bıçağı çıxararaq qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Ümumilikdə 69 bıçaq zərbəsi alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Qazancımı Aygünə xərcləyirdim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmədə verdiyi ifadəsində göstərib ki, Aygünü 2020-ci martında Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi müddətdə tanıyıb:
“Sonra münasibətlərimiz yarandı. Aygün mənim ailəm və uşaqlarımın olduğunu bilirdi. Onunla qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aygünün ehtiyaclarını ödəmişəm. Son vaxtlar o, ailəmi atıb onunla yaşamağımı istəyirdi. Mən bütün qazancımı Aygünə xərcləyirdim. Artıq özümdə deyildim. Vəziyyətin bu cür davam etməsinə dözə bilmirdim. Ancaq Aygünü öldürmək istəməmişəm.
Hadisə olan gün, yəni 19 fevral 2023-cü ildə, saat 19-20 radələrində Aygünün kirayədə yaşadığı mənzilə gəldim. Aramızda mübahisə düşdüyündən özümdən asılı olmayaraq onu bıçaqla vurub öldürdüm. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram, özümdə olmamışam. Hərəkətimdən çox peşimanam”.
“Evi satıb, banka olan borcumuzu ödədik”
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər üzə çıxıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini açıqlayıb.
Həmin ifadədən məlum olur ki, Ceyhun ailəsi ilə birlikdə yaşayıb, atası Vaqif 2019-cu ildə xərçəng xəstəliyindən ölüb, ailə quran bacıları Mələk və Flora ər evinə köçüblər: “2005-ci ildə ailəmin məsləhəti ilə Lamiyə ilə evləndim. Həmin nikahdan 16 yaşlı Aydan, 13 yaşlı Sevil, 4 yaşlı Ucal adlı övladlarımız var.
Ailə qurduğum vaxtdan anam, arvadım və uşaqlarımla birlikdə həmin ünvanda yaşamışam. Atam xəstə olan zaman müalicəsinə çəkilən xərclərə görə borca düşdüyümdən 2022-ci ildə yaşadığımız evi sataraq banka olan borcumuzun bir qismini ödədik.
Sonra Corat Bağları ərazisindəki evə köçdük. Son on ildə uşaq, qadın və kişi ayaqqabısının pərakəndə satışı ilə məşğul olmuşam”.
“Evli olduğumun şahidi idi”
Ceyhunun ifadəsinə görə, Aygünü 2020-ci martında Sumqayıt şəhərindəki “Gold Qayalı” ticarət mərkəzində mühafizəçi işlədiyi zaman tanıyıb: “Həmin ərəfədə Aygünün işlədiyi ticarət mərkəzində eskalatorun altında yer götürərək ayaqqabı satışı ilə məşğul olmuşam. Əvvəlcə aramızda iş yoldaşı kimi xoş münasibətlər oldu. Daha sonra Aygünə sevgim yarandı. Bu barədə özünə dedim, o da sevgimə qarşılıq verdi. Aygünlə tanış olanda evli olduğumu dedim. Hətta böyük qızım Aydan yanımda, ayaqqabı mağazasında işlədiyinə görə Aygün özü də evli olduğumun şahidi idi.
Mən heç vaxt özüm haqqında Aygünə yalan danışmamışam. Aygün Sumqayıt Pedoqoji Universietini filoloq ixtisası üzrə bitirdiyini, heç vaxt ailə qurmadığını, ata-anasının Ağdam şəhərində, özünün isə Sumqayıtda yaşadığını dedi. Aramızda münasibətlərimiz dərinləşdi, sevgi-məhəbbətə çevrildi. Birlikdə cinsi həyat yaşadıq”.
“Belə gözəl-göyçək arvadın var...”
Təqsirləndirilən şəxs qeyd edib ki, Aygünlə birgə qeyri-rəsmi ər-arvad kimi yaşadığı üçün işləməyini istəməyib: “Bu səbəbdən də 2020-ci ilin qışında Aygünü işdən çıxartdım. Daha sonra ardıcıllıqla Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşadıq.
Aygünün kirayə qaldığı evlərin aylıq ödənişlərini həmişə mən vermişəm. Bundan əlavə, ayda 500-700 manat arası Aygünün evinə bazarlq etmişəm. Münasibətlərimiz normal olsa da, zaman-zaman onun hərəkətləri məndə qısqanclıqlar yaratdı.
Aygün 2020-ci ilin qışında işdən çıxdıqdan sonra “Xəlifə” ticarət mərkəzindəki dükanında işləmişəm. Bu ticarət mərkəzi Nizaməddin Həmidova məxsus idi. Aygünü Nizaməddin müəllimə arvadım kimi təqdim etmişəm. Nizaməddin müəllim də “belə gözəl-göyçək xanımın var, ondan müğayat ol” dedi. Nizaməddin müəllimin danışıq tərzi xoşuma gəlmədi və Aygünü qısqandım”.
“Sübut edə bilmədim”
Ceyhunun sözlərinə görə, noyabr ayının əvvəlində onun sağlamlıq vəziyyəti pisləşib, əsəb xəstəliyinə görə müalicə alıb: “Aygün də valideynlərinin yaşadığı Ağdam rayonuna qayıtdı. Bu səbəbdən onunla ancaq telefonda ünsiyyət saxladım. Dekabr ayından isə əvvəlki isti münasibətlərimiz davam etdi. Bu ərəfədə Aygün mənə “Karvan” ticarət mərkəzində işlədiyini dedi.
Mən həftədə bir neçə dəfə “Pioner” deyilən yerdən saat 20-21 radələrində Aygünü işdən götürürdüm. Lakin o saatda “Karvan” ticarət mərkəzi işləmədiyindən Aygünün bu vaxt çıxması məndə şübhə doğurdu. İzlədikdə onun “Murasimo” mağazasında işlədiyini bildim. Gedib gözümlə orada işlədiyini görsəm də, özünə orada heç nə demədim.
Aygün mənə iş yerini səhv deməyini iş yerini bilməyimi istəməməsi ilə izah etdi. Həmin vaxt iş yerində kənardan bir oğlandan hədiyyə qəbul etdiyini görsəm də, bunu Aygünə sübut edə bilmədim”.
“Xəyanət etdiyin şəxslərin adını de!”
Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar Aygün telefonla kimlərləsə tez-tez danışıb, telefonunu ondan gizlədib, ekrana şifrə tətbiq edib: “Bu da məndə ciddi şübhələr yaratdı. Hətta bir dəfə Aygündən telefonunu istəyəndə içərisindəkiləri silərək mənə verdi. 14 fevral 2023-cü ildə Sevgililər günündə, axşam saatlarında Aygünlə birlikdə oldum. Evdə olanda meyvə şirəsi və “Kola” butulkasını gördüm. Aygün özü bu içkiləri içmədiyindən evə başqa birisinin gəldiyinə tam əmin oldum.
Onun çox vaxt təxminən saat 20.00-da işdən çıxıb evə gəldiyini bildiyimdən fevralın 19-da yaşadığım evdən mətbəx bıçağı götürdüm və Aygünün kirayə qaldığı mənzilə gəldim. Binaya gələndə saat 19.30 olardı Təxminən yarım saat blokun 3-cü və 4-cü mərtəbəsinin arasında gizlincə gözlədim. Təxminən saat 20.00-da lift 3-cü mərtəbədə açıldı. Aygünün liftdən çıxaraq mənzilin qapısını açdığını gördüm. O, kimləsə telefonda danışaraq evə girib zəng vuracağını söylədi.
Bunu eşitdikdə Aygünün arxasınca gözlənilmədən evə daxil oldum. Dəhlizdə aramzıda mübahisə başladı. Mən qışqıraraq Aygündən xəyanət etdiyi şəxsləri deməsini tələb etdim. Aygün isə qışqıraraq qonşuları çağırdı”.
“Başını kəsdiyimi dedim”
Təqsirləndirilən şəxs deyib ki, mübahisə 2-3 dəqiqə çəkib, Aygün suallara cavab vermədiyinə görə bıçağını çıxarıb və əvvəlcə qadının boynunun ətrafından və boğazından 4-5 dəfə vurub: “Daha sonra yerdə əlbəyaxa olduq. Aygün mənim arvadımı, anamı, qızlarımı söydü. Mən də söyüşlərdən coşaraq bıçaqla ona zərbələr yetirdim. Lakin neçə zərbə yetirməyim yadımda qalmayıb.
Aygün yerdə uzanıqlı vəziyyətdə ona vurmamağımı, onsuz da öləcəyini dedi. Son söz olaraq atasını çağırmağımı istədi. Tam hərəkətsiz vəziyyətə düşdükdən sonra ona yazığım gəldi.
Qonaq otağında olan anamın mənə verdiyi və Aygünün evinə gətirdiyim yastığı onun başının altına qoydum, qonaq otağındakı qırmızı ədyalı üstünə örtdüm. Bıçağı isə yastığın üstünə qoydum. Daha sonra mənzili tərk edərək taksi ilə Sumqayıt Şəhər Polis İdarəsinə gəldim. Yolda öz nömrəmdən Aygünün atası Alimə zəng etdim. Ona qızı Aygünün hər şeyi gizlətməyinə, bir ata kimi heç nədən xəbəri olmamağında günahkarın anası olduğunu dedim.
Telefonda Aygünün atasına “qızını xəyanət üstə tutsan nə edərsən?” sualını verdim. Atası da “başını kəsərəm” deyə cavab verdi. Mən də Aygünün başını kəsdiyimi, buna ehtiyac olmayacağını dedim. Atası “yaxşı etmisən” deyə cavab verdi. Daha sonra polisə təslim oldum, təqsirimi boynuma aldım”.
“Görüş baş tutmadı”
İş üzrə zərərçəkmiş Aygünün hüquqi varisi qismində ifadə verən atası Alimin sözlərinə görə, 1993-cü ildə Sevda ilə ailə həyatı quraraq Ağdam rayonu Quzanlı kəndində yaşayıb:
“Həmin nikahdan 1995-ci ildə qızım Aygün, 1997-ci ildə qızım Lalə, 2001-ci ildə isə oğlum Vüqar doğulub. Qızım Ayugünlə münasibətlərimiz yaxşı olmaqla aramızda hər hansı bir ədavət və ya düşmənçilik olmayıb.
Aygün 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra rayondan Sumqayıt şəhərinə köçdü. Ali təhsil aldığı müddətdə Sumqayıt şəhərinin girəcəyində üç tələbə yoldaşı qızla birlikdə kirayə tutduqları evdə yaşadı.
2019-cu ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə Sumqayıt şəhərində “Asan” xidmət mərkəzində bir müddət təcrübə keçdikdən sonra Sumqayıt Şəhər Məhkəməsində texniki işçi, 2020-ci ildə Sumqayıt şəhərində “Xəlifə” ticarət mərkəzində ayaqqabı dükanında işlədi. Dükanın sahibi kimi Fazil adlı şəxsi tanımışam. Qızım Aygünün işi satışdan əldə olunan pulu təhvil almaqdan və satışa nəzarət etməkdən ibarət idi.
Təxminən hadisədən 6-7 ay əvvəl, yəni 2022-ci ilin iyul-avqust ayında Aygün zəng edərək işində narahatlıq olduğunu dedi və məndən iş yerinə gəlməyimi xahiş etdi. Aygünün yanına gəldikdə ayaqqabı dükanı əvvəllər işlətdiyi Ceyhun adlı şəxslə satış vitrinlərinin rəfləri ilə əlaqədar problem yaşadığını bildim.
Aygündən iş yerinin müdiriyyəti olduğu halda, nəyə görə bu problemin Ceyhun adlı şəxslə çıxdığını soruşdum. Aygün bu işin ona aidiyyəti olmadığını, sadəcə Ceyhunun gəlib rəfləri dağıtdığına görə narahatlıq yarandığını dedi. Oranın sahibi Fazillə baş verənlər barədə söhbət etdim.
Fazil növbəti günlərdə rəfləri sökərək Ceyhun adlı şəxsə təhvil verəcəyini, bir daha iş yerində narahatlıq olmayacağını dedi. Bununla kifayətlənməyərək Ceyhunla görüşüb hadisənin səbəbini aydınlaşdırmaq istədim. Onun nömrəsini qızımdan alaraq zəng etdim. Növbəti gün görüşməyə vəd versə də, sonradan qızım artıq məsələnin həllini tapdığını dedi. Ceyhunla görüş baş tutmadı”.
“Qızıma tez-tez baş çəkirdim”
Hüquqi varisin sözlərinə görə, daha sonra heç vaxt Aygündən nə Ceyhun, nə də onun iş yeri ilə əlaqədar hansısa narahatlıq eşitməyib:
“Həmin hadisələr baş verən vaxtı Aygün kirayədə yaşayırdı. Onun nə qədər kirayəhaqqı verdiyini bilməmişəm, mənzilin sahibini də tanımamışam.
Aygün tələbə vaxtından ailəsindən ayrı yaşasa da, nəzarəmizdən kənarda qalmayıb. Təhsil aldığı dövrdən tez-tez gəlib qızıma baş çəkmişəm. Rayondan ərzaq, yemək gətirmişəm. Son vaxtlar isə Aygün “Karvan” ticarət mərkəzinin yaxınlığında başqa bir dükanda satıcı işləyirdi. Bu iş yerində satdığı malın faizinə uyğun 500-700 manat arası əməkhaqqı alırdı.
19 fevral 2023-cü ildə saat 19-20 radələrində Bakı şəhərində olarkən tanımadığım nömrədən zəng gəldi. Zəngi açdıqda danışan özünü Ceyhun kimi təqdim etdi.
Zəng edəni tanımadım, o, Aygünün iş yoldaşı olduğunu bildirdi. Onun həmin rəflərlə əlaqədar danışdığım şəxs olduğunu bildim. Ceyhun telefonda “qızın Aygün xəyanət edərsə, nə edərdin?” sualını verdi. Mən də cavabımda “başını kəsərdim” dedim. Bu sözümdən sonra Ceyhun qızımın başını kəsdiyini, evdə olduğunu, gəlib sahib çıxmağımı söylədi.
Dərhal taksiyə minərək Sumqayıt şəhərinə yola düşdüm. Yolda olanda zəng edən nömrəyə təkrarən yığaraq qızıma nə etdiyini soruşdum. Ceyhun qızımı öldürdüyünü və hazırda polisə gəlib təslim olduğunu dedi.
Aygünün kirayə yaşadığı mənzilə gəldikdə evin giriş qapısı açıq olduğundan, içəri daxil oldum. Qonaq otağının qapısının yanında qızımın meyitini uzanmış vəziyyətdə, başının altında yastıq, yastığın üzərində bıçaq gördüm. Meyitin yanında və evin girişində qan izləri vardı. Bir neçə dəqiqə sonra polis əməkdaşları oraya gəldi”.
İş üzrə zərərçəkmiş Aygünün anasının sözlərinə görə, mərhum qızının Ceyhunla münasibətdə olmasından bir ana kimi məlumatı olmayıb: “Qızım Sumqayıtda universiteti bitirdikdən sonra işləyərək kirayədə yaşayıb. 19 fevral 2023-cü ildə qızım Aygünün öldürülməsi xəbərini eşitdim. Ceyhun qızımı səbəbsiz yerə öldürülüb”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib/Teleqraf.com
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər
Əziz Orucovun kassasiya şikayətinə "yox" deyildi
Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib
Xaricdə oxumuş daha 141 nəfərin diplomu tanınmadı
Şərqi Qüdsdə məscid yandırılıb
Yarım milyard manatlıq qalmaqallı vəsait... - Məhkəmə prosesi
Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar qəbul edib - Vətəndaşın neft emalı zavoduna qarşı iddiası əsasında
Model Səmra "Trendyol"u fırıldaqda ittiham edir: "Bu dolandırıcı şirkətlə əlbir olan blogerlər..."
"O, özünə qəsd edib" - Meyxanaçı Vahid Qədim bıçaqlanma hadisəsindən danışdı (VİDEO)
mygov.az-da daha bir yenilik - İş yerindən arayışı rahat əldə etmək imkanı yaradılıb
SOCAR-ın kredit reytinqi "BB" səviyyəsinə yüksəldilib - Açıqlama
Göygölün yeni icra başçısı məşhur şəxsin oğlu imiş
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib - FOTO
Prezident İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib - FOTOLAR
Ehtiyac üzündən filarmoniyada mühafizəçi işləmiş Xalq artisti Oqtay Ağayev... - Bu gün anım günüdür
Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi: mühafizə və sürücüylə... - "Londonda yaşayacaq"
BÜTÜN BORCLULARIN NƏZƏRİNƏ: notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb - ƏKRƏM HƏSƏNOV YAZIR
Fuad Nəcəfli gecəylə Naxçıvanı belə tərk edib - "Bundan sonra o, rahat-rahat telefonda oyun oynaya bilər" (FOTO)
Azərbaycan nefti ucuzlaşdı - 2.3 dollar
DÇ-2026: Türkiyə yığması bolqarlarla oyuna hazırlaşır
Türkiyədə yenə zəlzələ olub - Qısa fasilələrlə 4 dəfə...
"ChatGPT"nin yeni nəsil versiyası: GPT-5.1 modeli
DÇ-2026: millimiz Bakıda İslandiya yığması ilə gücünü sınayacaq
Ərdoğan Misir XİN başçısını qəbul edib - FOTO
İraqda seçki - Baş nazirin lideri olduğu koalisiya qalib gəlib
Polşa XİN başçısından şok açıqlama: "Ot yeyərik, lakin Rusiya müstəmləkəsi olmarıq"
Məkkənin cənubu su altında qalıb - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kürdəmirin yeni icra başçısı haqda maraqlı məlumat yayıldı
"Sabah bizi gərgin və önəmli oyun gözləyir" - Ayxan Abbasov
Ərdoğan Gürcüstan prezidenti ilə zəngləşdi - Təyyarə qəzası ilə bağlı müzakirə aparılıb
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.