Gürcüstanla quru sərhədi nə vaxt açılacaq? - XİN-dən açıqlama

img

12-03-2024 [09:54]


"Azərbaycanla quru sərhədlərin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına təsir göstərəcək".

Bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var:

“Bilirik ki, səbəblərdən biri koronavirus idi, təhlükəsizlik baxımından bağlanmışdı. Daha sonra təhlükəsizlik nöqteyi-nəzərindən regionda hadisələr inkişaf etdi, ona görə Azərbaycanın nə üçün belə qərar verdiyini deyə bilmərəm. Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.

Bundan öncə Gürcüstan iqtisadiyyat nazirinin müavini Mariam Kvirikaşvili bildirmişdi ki, quru sərhədlərinin bağlı olması səbəbindən Gürcüstan 1,5 milyon turist itirib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Növbəti qəraradək quru sərhədləri bağlı olacaq(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq