"Əvvəla, yaxın qohumu yanına işə götürmək olmaz, sonra isə..." - Sabiq komitə sədrləri arasında "atışma şiddətlənir"
06-03-2024 [12:20]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci sədri Rafiq Əliyev xələfi Hidayət Orucov haqda tənqidi fikirlər səsləndirib.
Mia.az xəbər verir ki, o, Bakupost.az-a açıqlamasında H. Orucov haqda bunları deyib: “Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu”.
Mia.az xəbər verir ki, Hidayət Orucovun cavabı özünü çox gözlətməyib. O, “Yeni Müsavat”a müsahibəsində bunları açıqlayıb: “Əvvəllər də bir-iki dəfə mətbuatda nə isə dedi - mənim Dövlət Komitəsindən təzə gedən vaxtlarımda - əhəmiyyət vermədim. Heç indi də əhəmiyyət verməzdim. Amma indi elə yalanlar, uydurmalar, şər, böhtan deyib, elə qeyri-ciddi, nə keçmiş sədrə, nə professora yaraşan ifadələr işlədib ki... Bu məni çox təəccübləndirdi. Onu da deyim ki, Dövlət Komitəsinə sədr gedəndə də təəccüblənmişdim. İnanmazdım, hətta təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var. Məndən 5 il qabaq o komitə ulu öndərin sərəncamı ilə yaradılmışdı. Getdim, orada Dövlət Komitəsinin fəaliyyəti, statusu, görəcəyi işlərlə bağlı heç nə görmədim. Bir daha təkrarlayıram, mən inanmazdım, həm də təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var”.
H. Orucov bildirib ki, o zaman Azərbaycanda situasiya çox mürəkkəb idi, çox ciddi problemlər var idi: “Yəni xarici missionerlərin ölkəmizə axını, onların təmsil olunduqları ölkələrdəki dövlət-din münasibətlərini burada təbliğ etmələri, İslam dəyərlərini özlərinə məxsus şəkildə yaymağa cəhd eləməsi, Azərbaycan üçün ənənəvi olmayan və Azərbaycan xalqının heç vaxt qəbul etmədiyi radikal təriqətlərin, mövhumatın burada yayılması və ilaxır. Bu məsələlərlə bağlı demək olar ki, heç bir iş görülmürdü. Əksinə, müəyyən adamlar da bu istiqamətdə heç narahat deyildilər. Hətta xarici missionerlərə şərait yaradanlar da istisna olunmurdu. Ona görə deyirəm ki, dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı heç bir iş görülmürdü. Adama belə gəlirdi ki, bu, elə antidövlət komitəsidir. Mən buna çox təəssüfləndim”.
O deyib ki, R. Əliyevin özü ilə heç bu barədə danışmaq istəməyib: “Onunla bu haqda danışmağın heç bir mənası yox idi, çünki o artıq işdən çıxarılmışdı. Lap dözülməzi o idi ki, bu, ümumiyyətlə, Dövlət Komitəsinin işi ilə məşğul olmurmuş. Mən orada fəaliyyətə başlayandan sonra əməkdaşlar dedilər ki, o, saat 11-12-də işə gəlirmiş, günorta 1-də, uzaqbaşı 2-də çıxıb gedirmiş və ondan sonra qayıtmırmış. Dövlət Komitəsini idarə edən maliyyə şöbəsinin müdiri onun yeznəsi imiş. Onun siyasətlə, dinlə heç bir əlaqəsi olmayıb, ticarətdə - “Azərittifaq”ın Ağdamdakı qurumunda işləyib. Əvvəla, yaxın qohumu ora işə götürmək olmaz, bu, öz yerində. Digər tərəfdən, “Azərittifaq”ın keçmiş işçisi siyasi bir qurumda, Dövlət Komitəsində, günün yarısından çoxunu sədrin yerinə necə işləyə bilər? O vaxt məlum oldu ki, bu adam 5 il komitə sədri işlədiyi dövrdə onun əsas diqqəti özünün maddi biznes maraqlarına yönəlib. Məsələn, “İrşad” hoteli tikdi, telefon şirkəti yaratdı və ilaxır”.
Xatırladaq ki, R. Əliyev komitəyə 2001-2006-cı illərdə, H. Orucov isə 2006-2012-ci illərdə sədrlik edib.
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub