Fransanın Cənubi Qafqazla bağlı planı... - TƏHLİL
05-03-2024 [16:21]
Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfər edib. Regionda baş verən son proseslər və sülh danışıqları fonunda bu səfər diqqət çəkir.
Aydın məsələdir ki, Ermənistan sürətli silahlanma prosesində birdən çox ölkə ilə əməkdaşlıq edir. Prosesin sistematik və vahid mərkəzdən idarə edildiyi də istisna deyil. Belə ki, N.Dendias Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra İrəvana gəlib. Bundan başqa, səfərin Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana gedişindən sonra baş tutması diqqət çəkir.
Yunanıstanın Ermənistanı silahlandırılmasının arxasında duran əsas faktor Fransadır. Məsələ ondadır ki, Paris Ermənsitanı silahlandırma prosesinə Yunanıstanı cəlb edərək diqqəti öz üzərindən yayındırmağa çalışır. Misal üçün Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Bunlardan ən diqqət çəkəni isə heç şübhəsiz Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacağını bildirməsidir.
Bu detal, əslində, Fransanın Cənubi Qafqazla bağlı planı haqda müəyyən fikir irəli sürməyə əsas verir:
Birincisi, Paris bu günə qədər Ermənistanı birbaşa özü silahlandırırdısa artıq bunu Yunanıstan və Yunan Kipri üzərindən etmək istəyir. Bu addım həm də Bakı ilə mövcud iqtisadi maraqların qorunmasına hesablanıb.
Belə ki, Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir. Paris bundan məhrum olmaq istəmir. Lakin regionda gərginlik yaradıb Bakının zəifləməsində də maraqlıdır. Buna görə də özü ikinci plana keçərək prosesi Yunanıstan, Yunan Kipri və Ermənistan hərbi ittifaqı kontekstində pərdələməyə çalışır.
İkincisi, Fransa paralel olaraq Ermənistanın silahlanmasına xarici aktorları cəlb edərək Azərbaycanı mühasirəyə almağa çalışır. Misal üçün İranla Hindistanın da Ermənistanı silahlandırması və Parisin həmin ölkələrlə təmasda olması bunu deməyə əsas verir. Bu həm də məsələnin psixoloji tərəfidir və Paris Bakının prinsipial mövqeyini psixoloji olaraq qırmaq istəyir.
Üçüncüsü, Fransa Ermənsitanın silahlandırılması prosesi kontekstində həm də Azərbaycanın iqtisadi gücünü bölməyi düşünür. Belə ki, Hindistan Azərbaycan neftinin, Yunanıstan isə Azərbaycan qazının əsas alıcılarındandır. Bundan başqa isə Ermənistana göndərilən silahlar əsasən Gürcüstan üzərindən ötürülür. Gürcüstan isə Azərbaycanın Avropaya nəql etdiyi nef və qazın ötürüldüyü əsas ölkədir.
Parisin əsas həmləsi Ermənistanın silahlanmasına Yunanıstan, Hindistan, Gürcüstanı cəlb edib, bunu bacardığı şəkildə qabardaraq Bakının sözügedən ölkələrlə münasibətlərini pisləşdirmək, növbəti mərhələdə isə iqtisadi sazişləri pozmaqdır.
Aydındır ki, bütün prosesləri rəsmi Bakı görür və hərtərəfli qiymətləndirir. Azərbaycan xarici siyasətini milli və iqtisadi maraqlar üzərindən formalaşdırıb. Yəni Bakı iqtisadi maraqlarını təhlükəyə atacaq radikal addımlar atmır. Bununla belə, Ermənistanın silahlandırılması ciddi təhdid elementi deyil. Azərbaycan İsrail, Türkiyə, Pakistan, Çin kimi ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. Bu əməkdaşlıq xaricdən ehtimal hücumların qarşısını alacaq həcmdədir.
MİA.AZ
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub