“Mən niyə silah gəzdirim ki?" - Deputatlar silah gəzidrməyin tərəfdarı deyil
05-03-2024 [10:53]
Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” qanunla tənzimlənib.
Milli Məclis deputatının statusu haqqında qanunun 12-1-ci maddəsində qeyd olunub ki, deputatın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada idarə silah verilə bilər. Deputatların öz təsərrüfatlarının icrası bütün müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada və müəyyən edilmiş qaydada xidməti silahı saxlamaq, gəzdirmək və nəzarət etmək üçün istifadə etmək hüququ vardır.
Xüsusilə, ötən il millət vəkili Fazil Mustafaya qarşı planlaşdırılmış silahlı sui-qəsdən sonra, deputatların təhlükəsizliyi məsələsi bir daha gündəmə gəldi.
Maraqlıdır, qanundan irəli gələn əsaslarla hansı deputatların silahı var?
Mia.az Bizim.Media-nın millət vəkilləri arasında apardığı sorğunun nəticələrini təqdim edir:
Razi Nurullayev silah əldə etmək istəyini gizlətməyib:
“Mənim silahım yoxdur və bu barədə heç aidiyyatı qurumlara müraciət də etməmişəm. Açığı, mənə də silah istəyib-istəməməyimlə bağlı müraciət gəlməyib. Əgər desəydilər, yəqin ki, cavabım “hə” olardı. Bəli, qanunla deputatların silah gəzdirmək hüquqları var, lakin bilmirəm silah gəzdirən millət vəkillərimiz var, ya yox. Mənə təklif olunsa ki, silah götürüm, bu barədə düşünə bilərdim. Amma hələ ki, belə bir ehtiyac yoxdur”.
Fəzail Ağamalı isə silaha ehtiyac hiss etmir:
“Silahım yoxdur və buna ehtiyac da hiss etmirəm. Kimsə sui-qəsd hazırlasa belə, həmin anda silahdan istifadə etmək mümkün olmur. Çünki hər şey əvvəlcədən planlaşdırılmış olur. Düşünürəm ki, silahın gəzdirilməsi təhlükəsizliyin təminatı demək deyil. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini kifayət qədər təmin edir. Ölkədə kriminogen vəziyyət nəzarət altındadır”.
Aqil Abbas da tapançaya ehtiyacının olmadığını qeyd edib:
“Mən niyə silah gəzdirim ki? Dövlət özü hamını qoruyur. Mənim sizdən nə fərqim var, kimdən artığam?! Əgər ölkədə əmin-amanlıq varsa, silaha nə ehtiyac var?! Sui-qəsd planı quran biri, silahı çıxarana qədər mənə 4 güllə atar. Sui-qəsd başqa bir şeydir. Hökumət məni qoruyursa, tapançaya ehtiyacım yoxdur”.
Aydın Hüseynov da silah almağı düşünmür:
“Qanunvericiliyimizdə deputatların silah gəzdirməsinə icazə olsa da, hüquq-mühaizə orqanlarımız hamını qoruyur deyə, buna ehtiyac görmürəm. Onların peşəkarlığına heç şübhə yoxdur. Heç vaxt da silah almağı düşünmürəm”.
Rüfət Quliyevin həmkarlarında fərqli olaraq, qanuni formada ov üçün odlu silah var:
“Onu da seyfin içinə qoymuşam və istifadə eləməmişəm. Bəlkə də 5 il olar ki, ova getməyə vaxtım yoxdur. Millət vəkillərinə silahın verilməsinə gəldikdə isə deyə bilərəm ki, buna heç bir ehtiyac yoxdur. Azərbaycanda ictimai asayiş qorunur. Deputatların silah gəzdirməsinə gərək yoxdur, hüquq-mühafizə orqanları kifayət qədər səmərəli, effektiv işləyirlər”.
Zahid Oruc isə ümumiyyətlə, bu məsələnin qanunvericilikdən çıxarılmasının tərəfdardır:
“Hələ 2000-ci ildə Parlamentdə təmsil olunduğum dövrdə, qanunvericilikdəki bu maddə ilə bağlı ayrı-ayrı deputatlarımız daxili işlər orqanlarına müraciət edərək silah almışdılar. Nə o vaxt, nə də ötən bu illər ərzində silahla təminat haqqında düşünməmişəm. Hesab edirəm ki, bu kimi hallar ictimai mühitə də mənfi təsir göstərir.
Açıq desək, mən bu maddənin qanunvericilikdən çıxarılmasının tərəfdarıyam. Parlament üzvünün silahla təchiz edilməsini doğru hesab etmirəm. Ona görə də, silahım yoxdur, olmayıb, olmayacaq da”.
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub