Türkiyə kəşfiyyatının rəhbəri ABŞ-a yollanıb - Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr də aparılacaq

img

05-03-2024 [00:03]


Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a yollanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Kəşfiyyatın direktoru İbrahim Kalın ABŞ-da Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək: "MİT sədrinin gündəmində ikitərəfli əlaqələrlə yanaşı, PKK, FETÖ, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə ilə bağlıı fikir bübadiləsi olacaq. Bundan əlavə, Qəzza, İraq, Suriya, Rusiya - Ukrayna müharibəsi və Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparılacaq".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA