Bakı alayının komandiri vəzifədən azad edilib

img

04-03-2024 [11:59]


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik İntiqam Axundlu tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Xidmətinin Bakı alayının komandiri vəzifəsinə hələki təyinat yoxdur.

Qeyd edək ki, son günlər FHN-də bir sıra kadr dəyişiklikləri edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general Adil Abdullayev isə vəzifəsindən azad olunaraq Fövqəladə hallar nazirinə müavin təyin edilib(Manset.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR