"Beşiktaş" son 4 matçda 3-cü qələbəsini qazanıb

img

25-02-2024 [22:58]


Bu gün Türkiyə Super Liqasının 27-ci turunda "Beşiktaş" səfərdə "İstanbulspor"la qarşılaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qara Qartal" "İstanbulspor"u 2:0 hesabı ilə məğlub edib.

Oyunda ilk qol 23-cü dəqiqədə vurulub. "Beşiktaş"ın gənc qolçusu Semih Kılıçsoy qola imza atıb.

54-cü dəqiqədə Ernest Muçi ikinci qolu vurub.

Beləliklə, "Beşiktaş" liqada son 4 matçda 3-cü qələbəsini qazanaraq 46 xalla "Trabzonspor"la 3-cü yerləri bölüşür. 

Son 6 oyundur qələbəyə həsrət qalan  "İstanbulspor" isə 12 xalla sonunsu yerdədir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA