Sabiq deputat dəyişiklik tələb edir: Təhsil naziri gənc yox, ağsaqqal bir ziyalı olmalıdır" - "Kollegiyada nazir, müavinlərlə yanaşı, üzvlər, pedaqoqlar, psixoloqlar olmalıdır"
23-02-2024 [14:32]
Son illər ölkənin orta ümumtəhsil məktəblərində şagirdlər arasında xoşagəlməz hadisələr qeydə alınır. Son hadisələrdən biri məktəblilərdən birinin digərini qətlə yetirməsi ilə nəticələndi. Məktəblilər arasında baş verən neqativ hadisələr isə sosial şəbəkələrdə geniş yayılır ki, həmin proseslərə cəmiyyətin baxışı müxtəlifdir. Qalmaqalların yaranma səbəbi, günahkarı, həlli yolları ilə bağlı fərqli fikirlər səslənir, təkliflər irəli sürülür.
Mia.az xəbər verir ki, bu və ya digər mqəamlarla bağlı sabiq deputat, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov “Cümhuriyət”ə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Şahlar müəllim, son vaxtlar aktual olan mövzulardan biri də məktəblilər arasında baş verən neqativ hadisələrdir. Cəmiyyətin bir qismi valideynləri, digər tərəf isə məktəbi günahlandırır. Siz necə düşünürsünüz?
-Müasir dövrdə hər bir məktəbli dövlətin resursu sayılmalıdır. Yəni dövlət doğulan hər bir uşağa yardım etməlidir. Məktəbyaşlı uşaqlar üçün məktəb açmalı, məktəbi lazımi infrastrukturla təmin etməlidir ki, o uşaqlar gələcəkdə onun həm vətəndaşı, həm əsgəri, həm də dövlət quruculuğunda köməkçisi olacaq. Həm təhsil, həm də tərbiyə məsələsində dövlətin öhdəliyi var.
Bunu valideynin üzərinə atmaqla düzgün mövqe tutmuruq. Valideyn istəməz ki, övladı pis böyüsün, onu məktəbə ona görə göndərir ki, övladı həm yaxşı tərbiyə, həm də təhsil alsın. Çünki valideyn əvvəldən bilir ki, məktəb bu işi ondan yaxşı görər. Ona görə də baş verən hadisələrdə günahı valideynlərin üzərinə atmağın əhəmiyyəti yoxdur. Eyni zamanda, dövlətdə elə bir orqan yoxdur ki, valideyni günahlandırsın və cəzalandırsın. Bu, əvvəllər olub. Belə ki, bir vaxtlar kəndin, rayonun, bölgənin ağsaqqalı olub.
Əgər bir ailə, o cümlədən uşaq qeyri-etik davranışa yol verərdisə, ağsaqqal gəlib onlara deyərdi ki, bu kənddən çıx get. Beləliklə, vaxtilə qüsurlu valideynlər olub ki, öz kəndlərini dəyişiblər. İndi belə bir mexanizm yoxdur. İndi kəndin, bölgənin də ağsaqqalı yoxdur. Ona görə də bu gün baş verən hadisə ilə bağlı məsələni mən məktəbin üzərinə atıram. İstər bu hadisələr məktəbdə, istər məktəbin həyətində, istərsə də evlə məktəbin arasındakı yolda olsun. Bu işdə məktəbin daha çox qüsuru var və məktəb daha çox bu işin öhdəsindən gəlməlidir.
Ancaq onu da nəzərə almaq lazımdır ki, ölkədə 4500 məktəb, 1,5 milyon şagird var. Belə hadisələr hər zaman olub, bu gün var, gələcəkdə də ola bilər. Ən yaxşısı odur ki, məktəbdə işimizi elə quraq ki, belə hadisələr baş verməsin. Baş versə də cüzi olsun. Bunun üçün məktəbdə davamlı olaraq iş getməlidir. Dərsdən sonra ölkənin tanınmış şəxsləri, ziyalılar, yazıçılar, rəssamlar, sənətkarlarla görüşlər keçirilməlidir. Qonaqlara sual verilməlidir ki, necə oldu ki, cəmiyyətdə belə mövqe tutdunuz?
Bununla uşaqlara düzgün yol göstərməliyik. Bir çoxları valideynləri günahlandırırlar. Valideyn nə etsin ki, bu gün bütün şagirdlərin əlində mobil telefon var və onun içində də ən müsbət və ən mənfi məqamlar var. Nə bilmək olar ki, uşaqlar bu mənfi enerjini haradan alıb, bu mənfi nümunəni evdənmi götürüb? Bu, mürəkkəb və ciddi məsələdir. Bu məsələlər yüksək səviyyədə, Təhsil Qurultayında müzakirə olunmalıdır. Həmin Təhsil Qurultayında konkret baş verən hadisə yox, tərbiyə məsələsi qoyulmalıdır.
-Son vaxtlar məktəblərdə dərslərin ağırlığından şagirdlərdə aqressiv yanaşma tərzinin formalaşdığı deyilir Bu fikirlə razılaşırsızmı?
-Hər bir nazirliyin kollegiyası olmalıdır və burada nazirlə, müavinlərlə yanaşı, üzvlər, pedaqoqlar, psixoloqlar olmalıdır. Bu məsələni Elm və Təhsil Nazirliyinin kollegiya iclasında qaldırmaqla ən azı 30 mütəxəssis fikrini öyrənməliyik. Ancaq müstəqil şəkildə hər bir təhsil ekspertinin fikir bildirməsi ilə bu məsələni həll etmək olmaz. Bizim yaramız var, o yaranı sağaltmalıyıq. Biz uşaqları niyə itirməliyik? Onları da müdafiə etməli və düzgün fikir irəli sürməliyik ki, gələcəkdə heç bir şagird eyni aqibəti yaşamasın.
Bu, çox ciddi məsələdir, ancaq bu hadisələrə yanaşma bayağıdır. Azərbaycanda tərbiyə manifesti var? Yoxdur. Yaponiyada 18 maddədən ibarət Tərbiyə Manifesti var. Orada “Əsla yalan danışma!”, “Əsla oğurluq etmə!” kimi maddələr var. Bütün baş verən prosesləri fundamental həll etmək lazımdır. Bu dövlət səviyyəsində həllini tapmalıdır. Bir neçə nəfərin fikri ilə bu problemin həlli yoxdur.
Pedaqoq, psixoloq alimlər, ağsaqqal ziyalılar birlikdə bu məsələni müzakirə etməlidirlər. Bir çox nazirliklər firma kimi idarə oluna bilər. Məsələn, Gəmiçilik Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi firma kimi idarə oluna bilər. Ancaq Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi kollegiya ilə idarə olunmalıdır. Çünki təhsilin kökü yüz yerdən “su içir”. Ona görə də ETN idarəetməni dəyişməlidir və idarəetmə düzəlməlidir.
-Belə bir fikir də səslənir ki, bu gün tərbiyəni valideyn, təhsili də repetitor verirsə, məktəb nə ilə məşğuldur?
-Sovet dövründə belə bir fikir vardı ki, valideyn yedizdirir, geyindirir, məktəb uşaqları öyrədir, küçə də uşaqları tərbiyə edir . Yəni o zaman valideynlər konkret olaraq uşaqların tərbiyəsi ilə məşğul deyildilər. İndi həm valideynlərin təhsili artdığına görə dərk edirlər ki, uşağa tərbiyə versə yaxşıdır, həm də dövlətin qayğısı var. Məktəbəqədər təhsil müəssisələri, ibtidai təhsil, liseylər var.
Mövcud problemləri bir adam həll edə bilməz. Təhsilin problemi cəmiyyətin problemidir. Dövlətin təhsilə ayırdığı pulun bir hissəsi də tərbiyəyə yönəlməlidir. Ancaq o pulu yeyirlər. Məktəblərdə psixoloq çatışmazlığına gəldikdə isə “birbaşlı əjdaha” da, “beşbaşlı əjdaha” da ola bilər. Ancaq “əjdaha” elə olmalıdır ki, işinin öhdəsindən gəlsin. Dünyanın hər ölkəsində uşaq doğulur və tərbiyə sistemi var. Sabiri, Cəlil Məmmədquluzadəni, Səməd Vurğunu kim tərbiyə edib? Təbii ki, bu ziyalılarımız Azərbaycanda tərbiyə alıblar. İnsan yaşa dolduqca dünyagörüşü artır.
Gənclərin dünyagörüşü zəifdir. Mən istərdim ki, bizim təhsil nazirimiz ağsaqqal bir ziyalımız olsun, nəinki gənc olsun. Gənc oğlan hərbidə, təyyarəni idarəetmədə lazımdır, ancaq mədəniyyətdə, elmdə ağsaqqal olmalıdır. Çox bilikli olmaq isə düzgün qərar qəbul etmək deməkdir.
MİA.AZ
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir