"Qalatasaray"ın baş məşqçisi: “Son 16-ya qalmaq istəyirik"

img

22-02-2024 [00:08]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avroliqadakı rəqibləri "Sparta Praqa" ilə bugünki cavab matçı öncəsi mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Okan Buruk ilk oyunda (3:2) rəqibin gücü və imkanlarını gördüklərini deyib: "İlk matçdakı 3-2 üstünlüyü bir kənara qoyub, diqqətimizi bu oyuna yönəldəcəyik. İlk matçda bizi nə qədər sıxışdırdıqlarını bilirsiniz. Bu dəfə həm müdafiədə, həm də hücumda diqqətli olmaq məcburiyyətindəyik. Rəqibimiz yaxşı oynayan komandadır. Çox dəyərli klubdur. Amma "Qalatasaray" meydana hər matçda qalib gəlmək üçün çıxan komandadır. Bu dəfə də qazanaraq son 16-ya qalmaq istəyirik".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR