Sahibə Qafarova Türkiyə parlamenti və TDPA-nın nümayəndə heyətləri ilə görüşüb

img

08-02-2024 [16:13]


Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib.

Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib.

Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA