Zahid Orucun Seçki qərargahının bəyanatı: "İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər..."
08-02-2024 [08:45]
Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən Prezident seçkiləri oldu. 2024-cü ildə 78 ölkədə 83 seçkinin keçirilməsi və son 3 ayda 24 ölkədə növbədənkənar seçkinin elan olunması, ən əsası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu Prezident seçkilərinin keçirilməsinin düzgün ali qərar olduğunu aşkar şəkildə ortaya qoymuşdur.
Ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılaraq onların seçkidə iştirak imkanları təmin edilmişdir. Bu fürsətdən istifadə edərək Zahid Oruc da Prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyə qərar vermişdir.
Qısa zaman müddətində qurulan Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı ölkədəki demokratik seçki mühitindən yararlanaraq imzatoplama kampaniyasına başlamışdır. Heç bir maneə ilə qarşılaşmadan ölkənin əksər seçki dairələrinin ərazisindən imzalar toplanılaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş və etibarlı imzalar nəticəsində Zahid Orucun namizədliyi qeydə alınmışdır.
15 yanvar tarixində başlanmış aktiv seçki təbliğatı işləri Seçki qərargahının planı əsasında bütün ölkə ərazisini əhatə etmişdir. Paytaxt və regionlarla minlərlə seçicinin iştirakı ilə keçirilən görüşlərdə Prezidentliyə namizəd Zahid Orucun platforması təqdim edilmiş və elə yerindəcə əhalini narahat edən məsələlər dinlənilmişdir. Təbliğat-təşviqat prosesində Azərbaycanda keçirilən prezident seçkilərinin azadlıqların tam təmin edilməsi şəraitində, əsas hüquq və azadlıqların qanunla qorunması çərçivəsində keçirildiyi müşahidə edilmişdir. Demokratik prinsiplərin qorunduğu, qanunun aliliyinə əməl olunduğu, namizədlərə heç bir təzyiqin edilmədiyi şəraitdə keçirilən ədalətli və azad seçkilər namizədlər üçün əsl rəqabət meydanına çevrilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən televiziya, radio və mətbuatda namizədlərin öz sərbəst təbliğatını aparması üçün olduqca münbit şərait və imkanlar yaradılmışdır. Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı aktiv təbliğat zamanı və səsəvermə günü hansısa maneə və təzyiqlə qarşılaşmamış, bütün ölkə ərazisindəki məntəqələrdə, dairələrdə seçkiləri izləyən müşahidəçilərimizin Seçki ilə bağlı müşahidə təəssüratları müsbət olmuşdur.
Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini qalib ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırmış və xalqla daha yaxın ünsiyyətimizə imkan yaratmışdır. Müşahidəçilərimizin rəyinə əsasən seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik. Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq".
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"