Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu saxlanıldı - VİDEO

img

06-02-2024 [22:53]


Rusiyanın Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində atəş açıb.

Bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

“Restoranda üzərində Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayandı, 10 nəfər gənc çıxıb, avtomat və tapançaları çıxararaq atəş açmağa başlayıb. Atışma yerli sakinləri qorxudub”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, o, dostları ilə birlikdə onlardan birinin toyunu qeyd edib, bundan sonra polis əməkdaşına tabe olmamaqda ittiham edilərək saxlanılıb(qafqazinfo).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR