Məzahir Pənahov: "ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur"

img

06-02-2024 [14:54]


"ATƏT-in seçki prosesi ilə əlaqədar ciddi iradları yoxdur".

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Biz həmişə gizlətmədən bildirmişik ki, bütün beynəlxalq təşkilatlar azad olunan ərazilərdə müşahidələr aparsınlar. Bu həm də Azərbaycan xalqına hörmət kiimi qəbul ediləcək", - o bildirib.

MSK sədri qeyd edib ki, ATƏT-in nümayəndələri artıq azad edilən ərazilərdə olublar:

"Lakin biz arzu edərdik ki, məhz səsvermə günü beynəlxalq təşkilatların nümayədələri bu ərazilərdə keçirilən seçkilərdə iştirak etsinlər. Ukrayna və Maldivdən olan nümayəndələr hazırda azad olunan ərazidədirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA