"Bu rayonda Əziz Əzizovun razılığı olmadan bir daş daş üstə qoyula bilməz" - İH-dən Qaraçuxur sakininin şikayətinə reaksiya (YENİLƏNİB)
08-02-2024 [18:24]
Suraxanı rayonunda qanunsuz tiklilər son ilıər baş alıb gedir.
Belə faktlardan birini də Mia.az-aşikayət məktubunda Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsi 47/ 2 ünvanında yaşayan Cəfərova Sünbül Şükür qızı yazıb.
S.Cəfərova yazır ki, qonşuluğunda fərdi ev tikilir və ev sahibi nə qanuna, nə də ənənəyə uyğun davranır: "Həmin evin tikintisi, onun layihələndirilməsinə rəsmi icazə sərəncamı verilib-verilmədiyini dəqiq bilmirəm. Amma bu adam Suraxanının icra başçısı Əziz Əzizovun xeyir-duasını almadan belə tikinti apara bilməz. Sizə həmin tikintinin fotosunu göndərirəm, adam yuxarı mərtəbədən birbaşa həyətimə, evimə açılan pəncərə qoyur. Belə özbaşınalıq, qanunsuzluq olarmı?".
Cəfərova deyir ki, bu məsələ ilə bağlı dəfələrlə şikayət etsə də, xeyri olmayıb: "32-ci Polis Bölməsinə qədər şikayət eləmişəm, amma nə sirdirsə, heç kim tədbir görmür. Ona görə buradan cənab Prezidentə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova səslənib kömək istəyirəm. Xahiş edirəm, araşdırılsın, görək müvafiq qurumlar bu evin sənədlərini yoxlayıbmı? Yoxlayıbsa, evin eskiz cizgilərində qonşunun az qala evinin içinə açılan pəncərəni görməyiblərmi? Görüblərsə, buna necə razılıq verilib? Yox, əgər evin sənədi qaydasında deyilsə, bunu Əziz Əzizov niyə görmür? Axı, hamı bilir ki, bu rayonda onun razılığı olmadan heç kim bir daşı yerindən tərpədə bilmir...".
Məsələyə İH-nin mövqeyni də dinləməyə hazırıq.
***
Suraxanı Rayon İcra Hakimiyyətindən Mia.az-da yayımlanan şikayətə belə cavab göndərilib:
"Bildiririk ki, şikayət etdiyiniz tikinti ilə bağlı tərəfimizdən araşdırma aparılmış və vətəndaşın xüsusi mülkiyyətində olan və razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin inşası işlərinin aparıldığı aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, qaldırdığınız məsələnin həlli məqsədilə məhkəmə instansiyasına müraciət etməyiniz tövsiyə olunur".
Samir Musayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb (Yenilənib)
Bakıda oğurluq edən qardaşlar saxlanılıb
İCRA BAŞÇISI DANLANDI - Qalmaqallı video rayon rəhbərinin məzuniyyətdən erkən dönməsinə səbəb oldu (VİDEO)
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi