Ermənistandan Azərbaycana keçən Çexiya vətəndaşı... - DTX araşdırma aparır

img

05-02-2024 [12:23]


Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA