Ayxan Hacızadə Palata sədrinin sözlərinə reaksiya verdi: "Adamova uydurma erməni rəvayətlərinə..."

img

31-01-2024 [17:36]


Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

Mia.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib: "Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı...".

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA