Sabiq deputatın həbs müddəti uzadıldı - Məhkəmə qərarı

img

31-01-2024 [16:56]


Bu gün məhkəmə sabiq deputat Nazim Bəydəmirlinin barəsində daha bir qərar verib.

Mia.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi onun haqqındakı həbs qətimkan tədbirinin daha 2 ay uzadılması barədə təqdimata müsbət cavab verib.

Xatırladaq ki, eks deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR