Avstriyadakı icmamız Azərbaycan həqiqətləri ilə bağlı arxiyepiskop Frans Laknerə müraciət edib
28-01-2024 [10:45]
Avstriyada yaşayan Azərbaycan icması arxiyepiskop Frans Laknerin “Information Christian Orient” jurnalına müsahibəsində ölkəmizin Qarabağ bölgəsi ilə bağlı yanlış fikirlərinə etirazını bildirib.
Mia.az xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri, Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov adından Frans Laknerə ünvanlanmış müraciətdə Avstriyada yaşayan soydaşlarımızın məyusluğu nəzərə çatdırılıb.Müraciətdə çar Rusiyasının və sovet imperiyasının ermənilərə havadarlıq etdiyi, Stalinin Dağlıq Qarabağı və Naxçıvanı ermənilərə hədiyyə etmək istədiyi, bu himayə altında ermənilərin və Ermənistan Respublikasının uzun illər Azərbaycana qarşı təcavüzkar, işğalçı, soyqırımı, etnik təmizləmə, terror siyasəti yürütdüyü, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsinin 30 ilə yaxın müddət ərzində yerinə yetirilmədiyi, Azərbaycan Respublikasının bu qətnamələri təkbaşına və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirməyə məcbur olduğu faktlarla və bütün təfərrüatı ilə xatırladılıb.
Tarixi mənbələrdə “Artsax” adlı respublikanın olmadığı, Qarabağda mövcud olan kilsələrin qədim alban məbədləri olduğu, albanların həmin məbədləri inşa etdikləri dövrdə Qarabağda ermənilərin yaşamadığı, Azərbaycan dövlətinin bu məbədləri göz bəbəyi kimi qoruduğu bildirilib.Erməni təcavüzkarlarının isə Qarabağ bölgəsində həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri olan Azərbaycan milli mədəniyyət ocaqlarını barbarcasına dağıtdıqlarına və məhv etdiklərinə diqqət cəlb edilib.
Laknerin “Dağlıq Qarabağdan olan erməni əsgərlərinin silahlarından indi Rusiya Ukraynaya qarşı istifadə edir” fikrinə cavab olaraq yada salınıb ki, Ermənistanın Gümrü adlı ərazisində Rusyanın hərbi bazaları xidmət göstərir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən indiyədək Ermənistan hərbi müttəfiqi olduğu Rusyaya silah və canlı qüvvə göndərir.
Multikultural və tolerat dəyərlərə malik olan Azərbaycanda etnik erməni olan vətəndaşlarımızın indiyədək çox rahat və təhlükəsiz şəkildə yaşadıqları, son üç il ərzində rəsmi Bakının dəfələrlə Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə ölkə ərazisində qala biləcəklərini bəyan etdiyi, amma Azərbaycana qarşı müharibədə və hərbi cinayətlərdə iştirak etmələri səbəbindən ermənilərin Qarabağı könüllü tərk etdikləri, Azərbaycan dövlətinin humanizm göstərərək onları yanacaq və qida ilə təmin etdiyi diqqətə çatdırılıb.
Cəmiyyət sədri Azərbaycanda müxtəlif millətlərin dinc və mehriban yaşadıqlarını görməsi üçün yepiskop Frans Lakneri Azərbaycana səfərədəvət edib və onu bu səfərdə müşayiət etməyə hazır olduğunu bildirib.
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Füzuli rayonunda mina partlayıb, ölən var
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub