Səadət Partiyası İstanbul bələdiyəsnə namizəd irəli sürdü

img

26-01-2024 [12:47]


AK Partiya və CHP-dən sonra Səadət Partiyası da 31 martda keçiriləcək seçkidə İstanbul üzrə bələdiyyə sədrliyinə namizədini müəyyənləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldan deputat seçilmiş və hazırda həm də partiyanın sözçülüyünü edən Birol Aydın İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi olub. 

Məlumata görə, Səadət Partiyası bazar günü Aydının namizədliyini rəsmən elan edəcək: "Səadət Partiyası 28 yanvar, saat 12:00-da Lütfi Kırdar Konqres Mərkəzində keçiriləcək namizəd irəli sürmə toplantısında onun namizədliyini açıqlayacaq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA