Xaricdəki soydaşlarımızla bağlı vacib sənəd – DABF Azərbaycan hökumətinə müraciət göndərdi (DETALLAR)
25-01-2024 [15:21]
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətə xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı mühüm sənəd təqdim edib. 33 bənddən ibarət olan sənəddə xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli istiqamətində təkliflər yer alıb.
Mia.az" xəbər verir ki, Fondun Katibliyinin təqdim etdiyi bu təkliflər aparılan müxtəlif araşdırmaların, diaspor rəhbərləri, ayrı-ayrı elm və iş adamları tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında hazırlanıb.
Təkliflərdə xaricdəki diplomatik korpusların fəaliyyətinin daha səmərəli qurulması, dövlət-soydaş münasibətlərinin tənzimlənməsi, lobbiçilik fəaliyyətinin təşkili, alimlər, jurnalistlər və iş adamları arasında düzgün rabitənin qurulması, xaricdə yaşayan iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviqi üçün onlara əlverişli biznes mühitinin yaradılması, ölkəmizə gələn soydaşlarımızın qeydiyyat prosedurlarının sadələşdirilməsi yolları və digər aktual məsələlər yer alır.
DABF bu istiqamətdə ciddi araşdırmalar aparıb, sorğular həyata keçirib. Fond hesab edir ki, mövcud problemlərin həlli istiqamətində səylər dövlətin iştirakı ilə birgə aradan qaldırılmalı, ortaya çıxan həlli zəruri məsələlər məhz Azərbaycan dövlətinin iradəsi ilə həll olunmalıdır. Təkliflər Prezident Adminstrasiyasına, Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub.
Təkliflərə aşağıdakı bəndlər daxildir:
1. Diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyət dəyişikliklərinə nail olmaq.
1.1. Dünya azərbaycanlıları adı ilə pərakəndə fəaliyyət göstərən qurumların vahid ideya ətrafında birləşdirilməsi mexanizminə yenidən baxılmalıdır.
1.2. Dünyada Azərbaycan adı altında real fəaliyyət göstərən dərnək, cəmiyyət və ictimai təşkilatların ixtisaslaşdırılması həyata keçirilməlidir.
1.3. Mədəniyyət mərkəzlərinin sayı diasporun daxili imkanları hesabına artırılmalı və keyfiyyət dəyişiklikləri istiqamətində fəaliyyət təşkil olunmalıdır.
1.4. Aktiv diaspor fəallarının fərqləndirilməsi istiqamətində yeni mexanizmlər hazırlanmalı, diasporun gəncləşdirilməsi istiqamətində əməli addımlar atılmalı, diaspor gənclərinin fəaliyyəti dəstəklənməlidir (fərdi layihələrin qəbulu, icrasına dəstək və s.).
1.5. Xarici vətəndaş olan azərbaycanlılara Azərbaycan ali təhsil müəssisələrində güzəştlər tətbiq olunmalıdır.
1.6. Lobbi fəaliyyəti ilə məşğul olacaq diaspor nümayəndələri yaşadıqları ölkələrdə nüfuzlu azərbaycanlılardan seçilməli, onların ictimai-siyasi proseslərdə iştirakına kömək göstərilməli, yerli seçkilərə qatılmalarına dəstək verilməlidir.
1.7. Xaricdə yaşayan azərbaycanlılara “Soydaş kartı”nın verilməsi (bununla həm onların sayını və fəaliyyətini müyyənləşdirmək, həm də diaspor prosesində iştiraklarına nail olmaq olar) prosesi sürətləndirilməlidir.
1.8. “Soydaş kartı” daşıyıcısı olan azərbaycanlılara Vətəndə bəzi güzəştlərin tanınması təmin edilməlidir (Azərbaycan sərhəddini keçəndə, tibbi sığorta alan zamanı, viza alanda, şəxsi mobil telefonların gömrük rüsumundan azad edilməsi, muzeylərdən və digər sosial obyektlərdən istifadə zamanı güzəştlərin tətbiqi və s.).
1.9. Viza məsələləri ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə müvafiq razılaşmalar əldə edilməli, xaricdə yaşayan və işləyən azərbaycanlıların valideynləri, yaxın qohumlarının onları ziyarət etmələri üçün viza müddətinin 3-5 ilə qədər uzadılmasına nail olunmalıdır.
1.10. Diaspor üzvü olan və xaricdə yaşayan azərbaycanlıların Vətənə giriş-çıxış prosedurları sadələşdirilməli, onların ölkədə qalma müddəti ilə bağlı qanunvericiliyə yenidən baxılmalı (cərimə sanksiyalarının yumşaldılması və s.), şəxsi avtomobili ilə Azərbaycana gələn xarici ölkə vətəndaşı olan soydaşlarımızın “torpaq basdı” və müəyyən məbləğlərdə depozit qoyma kimi ödənişlər ləğv edilməli, xarici ölkə vətəndaşı, yaxud da daimi yaşayış izni olan ailələrin digər yaxın qohumlarına (1-ci dərəcəli) Azərbaycanda daimi yaşayış izni verilməlidir.
1.11. Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını narahat edən cinayətkar ünsürlərlə mübarizədə diaspora dəstək göstərilməlidir.
1.12. İnformasiya müharibəsi zamanı antiazərbaycan təbliğatının qarşısında dura biləcək media resursları və sosial şəbəkə hesabları yaradılmalıdır.
1.13. Diaspor təşkilatlarının iştirakı ilə xarici juranlist və blogerlərin azərbaycanlı həmkarları ilə birgə media platforması yaradılmalıdır.
2. Diplomatik nümayəndəliklərlə diaspor arasında işin səmərəliliyinin artırılması.
2.1. Xaricdəki Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi istiqamətində səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha aktiv fazaya keçməlidir.
2.2. Böyük şəhərlərdə azərbaycanlıların sayı nəzərə alınmaqla konsulluq xidmətləri və konsul məntəqələrinin sayı artırılmalı, onların iş prinsipləri “asan xidmət” modelinə keçirilməlidir (“Məhkumluğun olub-olmaması haqqında”, “Ailə vəziyyəti haqqında”, “Subaylıq haqqında”, “Sürücülük vəsiqəsi və hüququ barədə”, “Yaşayış yeri üzrə qeydiyyat ünvanı barədə”, “Ümumvətəndaşlıq pasportu”nun dəyişdirilməsi, “Yaşayış icazəsi”nin alınması, “Sənədə apostil”, “Şəxsiyyət vəsiqəsi”, “Etibarnamələrin”, “Qayıdış sənədi”nin qısa bir zamanda verilməsi).
2.3. Vətəndaş – səfir-konsul münasibətləri yenidən dizayn olunmalı, konsulluq xidməti göstərən xüsusi mərkəzlər (ehtiyac olarsa) və konsulluqlarda vətəndaşların gözləmə zalları yaradılmalı, rüsumların ödənişi, foto, sənəd surətlərinin çıxarılması və s. bu zallarda təmin olunmalıdır.
2.4. Diplomatik korpuslarla diaspor rəhbərləri və dövlətin bu sahəyə məsul qurumları arasında birgə koordinasiya qurulmalıdır.
3. Diaspor sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və Dövlət proqramlarının qəbulu.
3.1. Milli Məclisdə Diaspor məsələləri üzrə Komitə yaradılmalıdır (komitə üzvləri Azərbaycan parlamentində mövcud olan digər ölkələrlə dostluq qrupları üzvlərindən seçilməli, parlamentin plenar iclaslarında diaspor problemlərini qaldırmalı, Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən orqandan hesabat tələb etməli, səfər etdikləri ölkələrdə diaspor təşkilatlarının ofislərini ziyarət etməli, tədbirlərinə qatılmalı, diaspor rəhbərlərini yerli həmkarları ilə tanış etməlidirlər).
3.2. "Soydaşlar və diaspor təşkilatları haqqında" AR Qanun layihəsinin qəbulundan əvvəl diaspor təşkilatlarının fikirləri öyrənilməlidir.
3.3. Xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı göstərən fiziki və hüquqi şəxslərə, Azərbaycan naminə müxtəlif layihələr həyata keçirən diaspor təşkilatlarına Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində vergi, gömrük və digər güzəştlər nəzərdə tutulmalıdır.
3.4. Dövlətin müvafiq qurumları peşə yönümlü əməkçi miqrantlar hazırlamaq üçün qısamüddətli xüsusi Proqramlar həyata keçirməlidirlər.
3.5. Xaricdə yaşayan azərbaycanlı iş adamlarına Azərbaycana investisiya qoyduğu zamanı əlavə imkanlar yaradılmalı, xüsusi güzəştlər tətbiq olunmalıdır (belə olan halda diaspor kiçik və orta biznesin, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verə bilər).
3.6. Azərbaycan brendinin xaricdə tanıdılması işinin bir qolu da diaspora həvalə edilməlidir.
3.7. Azərbaycanda turizmin inkişafı məqsədilə nüfuzlu diaspor təşkilatlarına güzəştli limit ayrılmalıdır (həmin təşkilatların xətti ilə yaşadıqları ölkələrdən “Azərbaycana dəvət” turlarının təşkili və s).
3.8. Xaricdə yaşayan Qarabağ əsilli azərbaycanlıların Qayıdışına fəqli yanaşılmalıdır (əksəriyyəti iş adamıdır, onlar dədə-baba yurdalarını özləri tikib dövlətin yükünü azaldacaq, həmçinin yeni iş yerlərinin açılmasında fəal iştirak edəcəklər).
4. Mədəniyyət, sosial və humanitar sahələrdə fəaliyyətin yenidən təşkili.
4.1. Diasporun peşəkar televiziya kanalı yaradılmalı və “Azərspeys”ə çıxışı təmin edilməlidir. Bu TV kanal vasitəsilə Azərbaycan dili, mədəniyyəti, tarixi, filmləri, musiqisi, folkloru, adət-ənənələri və turizmi haqqında davamlı informasiyalar yayılmalıdır.
4.2. Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin (Azərbaycan məktəbləri) sayı artırılmalı, tədris metodik vəsaitlər və maddi-texniki təminatına yardım göstərilməli, onlayn dərslərin əhatə dairəsi genişləndirilməlidir.
4.3. Əsasən ingilis, fransız, alman və rus dillərində Azərbaycanda tolerantlıq və multikulturalizmdən bəhs edən qısametrajlı filmlərin çəkilərək beynəlxalq müsabiqələrdə yayımı təmin edilməlidir.
4.4. Xaricdə yaşayan azərbaycanlıların (elm adamları, iş adamları, nüfuzlu şirkətlərdə çalışan və digər fəaliyyət növü ilə məşğul olan mütəxəssislər, jurnalistlər, vəkillər, həkimlər) ixtisaslaşdırılmış qurumları yaradılmalı, ildə ən azı bir dəfə toplantıları keçirilməli, Azərbaycan dövləti tərəfindən xaricdə təşkil olunan tədbirlərdə (yaşadıqları və fəaliyyət göstərdikləri ölkələr üzrə) iştirakları təmin olunmalıdırlar.
4.5. Xaricdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərin əsərləri milli universitetlərdə tədris olunmalı (bu proses həm də diasporumuzun akademik səviyyəyə qaldırılmasını sürətləndirəcək), onların yerli (yaşadıqları ölkələrdə) və milli (Vətəndə) mediada PR aparılmalıdır.
4.6. Xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin həm Azərbaycanda, həm də Azərbaycanın dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrdə iştiraklarına dəstək göstərilməlidir.
4.7. Böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimləri təhkim olunmalıdır (məsələn, Türkiyə təcrübəsi. Bu sahədə ciddi problemlər var. Bəzən soydaşlarımız xarici dövlətlərin ideologiyalarının təbliğatına uyur, xarici kəşfiyyatın təsiri altına düşürlər).
4.8. Xarici tibbi sığortaların Azərbaycanda, Azərbaycan tibbi sığortaların isə xaricdə tanınması ücün mexanizm işlənib hazırlanmalıdır.
Məlumat üçün: Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu 2023-cü ilin may ayında 20-dən çox ölkədə fəaliyyət göstərən diaspor rəhbəri, iş adamı və ictimai xadimlərin iştirakı ilə İsveçin Stohkolm şəhərində təsis olunub, avqust ayında qeydiyyatdan keçib. Yarandığı qısa müddət ərzində Fond Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 14 tədbir keçirib. Hazırda xaricdə təhsil almaq istəyən gənclərlə bağlı növbəti layihəsi icra mərhələsindədir.
Fondun yaradılmasının missiyası aydın, məqsədi arzuolunan, fəaliyyəti şəffaf, hədəfləri konkretdir.
Fondun vəzifəsi xaricdə yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək, onların təşkilatlanmasına hüquqi və ideoloji yardım göstərmək, Azərbaycana qarşı aparılan informasiya müharibəsində dövlətin yanında olmaq, xaricdə yaşayan azərbaycanlıların Azərbaycana verə biləcəyi faydaları realizə etmək, onlarla Azərbaycan Respublikası arasında körpü rolunu oynamaq, xaricdə yaşayan vətəndaşıyla dövləti arasında bağları möhkəmləndirməkdir.
Moldova klubunun Baş məşqçisi: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz, amma..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çağdaş Atan: "Deməyə söz tapmıram"
Türkiyədə 4 şəhərdə dərslər dayandırılıb - Qara görə
ABŞ İsrailə 680 milyon dollarlıq yeni silah satmağa hazırlaşır
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər araında döyüş genişlənir - Tərəflər müyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var
Tramp anlaşma memorandumunu imzalayıb - Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
1500 məktəb bağlanacaq? - Emin Əmrullayev yazır
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib
"Trabzonspor" "Şalke 04"ün futbolçusunu alır