İsveçin Baş nazirindən Türkiyənin qərarına operativ reaksiya: "Biz artıq NATO-ya tam üzvlüyə bir addım daha yaxınıq"

img

24-01-2024 [00:34]


İsveçin Baş naziri Ulf Kristersson Türkiyə Böyük Millət Məclisinin (Parlament -Mia.az) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsinə operativ münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə Böyük Millət Məclisinin müsbət qərarıan belə reaksiya verib: "Bu gün NATO-ya tam üzvlüyə bir addım daha yaxınlaşdıq".

Baş nazir sosial media hesabındakı paylaşımda Türkiyəyə müsbət qərara görə təşəkkür də edib.

Xatırladaq ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə "hə" qərarı verib.

Layihənin lehinə 287 deputat səs verib, 55 deputat isə qarşı çıxıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA