AŞPA-nın Azərbaycanla bağlı qərarı: bu, nələr vəd edir? - Açıqlamalar
23-01-2024 [17:13]
Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Səbəb kimi ölkədə artan siyasi həbslər, AŞPA həmməruzəçilərinə qoyulan məhdudiyyətlər, onların siyasi məhbuslarla görüşünə imkan verilməməsi, Laçın dəhlizinə buraxılmaması və AŞPA-nı seçki müşahidəsinə dəvət edilməməsi göstərilir.
Təkliflə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib və qərar səs çoxluğu ilə qəbul edilib
Bildirilir ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün isə 24 saat vaxtı var.
Bundan sonra Bakıda hökumətyönlü mediada məlumatlar tirajlanıb ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxa bilər.
Bəs Azərbaycan Avropa Məhkəməsindən çıxa bilərmi? Çıxarsa, ölkəni hansı problemlər gözləyir?
Hüquqşünas Xalid Bağırov Meydan TV-yə deyib ki, bu, o qədər də asan məsələ deyil:
“Bu, asan məsələ deyil. Baxın, Rusiyanı Avropa İnsan Hüquqları Məhkəməsindən çıxartdılar, amma şikayətlərə hələ də baxırlar. Yəni şərtlər var ki, müəyyən işlərə baxılacaq. Ona görə əvvəlcə Avropa Şurasından çıxmalısan ki, sonra Avropa İnsan Hüquqları Məhkəməsi ilə münasibətlər gündəmə gəlsin”.
Hüquqşünas bunu hakimiyyətin təbliğatının bir hissəsi adlandırıb:
“Nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması hələ Avropa İnsan Hüquqları Məhkəməsindən çıxmaq deyil. Azərbaycanı Avropa Şurasından qovmasalar, Avropa İnsan Hüquqları Məhkəməsindən çıxa bilmərik. Bu cür təbliğatla, çox güman, ictimai ittifaq yaratmaq istəyirlər ki, alternativlər də rəsmi Bakını dəstəkləsinlər”.
“AŞPA-nın qəbul etdiyi qərar müsbət addımdır”
AŞPA-nın qəbul etdiyi qərara gəlincə, Xalid Bağırov hesab edir ki, bu, normal və müsbət addımdır:
“Sual yaranır, Azərbaycan niyə Avropa Şurasına üzv oldu? Məqsəd o idi ki, Şura Azərbaycana təsir edəcək və ölkədə demokratik proseslər davam edəcək. Politologiyada buna “təsir etməklə ötürmə” deyirlər. Sən bir sistemin oyun qaydalarını qəbul edib ona bənzəməyə çalışırsan. Məsələn, İspaniya, Portuqaliya Avropa institutlarına daxil oldular və qonşularına baxıb dəyişməyə başladılar. Azərbaycan haqqında da belə düşünürdülər və bu ideya Almaniyanın ideyası idi. Məsələ belə qoyulmuşdu: ticarət yoluyla demokratiya, yəni alver edərək adamları mədəni kültür çərçivəsinə salaraq tədricən demokratikləşdirmək. Amma bu olmadı, əksinə, ticarət yoluyla Avropada korrupsiyalaşma başladı”.
Onun fikrincə, Azərbaycanın Avropa Şurasına üzv olması ciddi uğur idi:
“Müasir dünyaya daxil olurduq. Amma sonradan xəyal qırıqlığı və Avropa institutlarına skeptik münasibət yarandı. Ən azı bundan sonra belə reaksiya verməklə həmin ümidlərin ölməsi prosesinin qarşısını ala bilərlər”.
Bağırov düşünür ki, belə sərt qərarlar yanaşmanı da dəyişə bilər:
“Yəni 90-cı illərdən Azərbaycan kimi ölkələrə olan yanaşma alınmadı, əksinə, həmin ölkələr daha da avtoritarlaşdı və dəyərlərdən uzaqlaşırlar, hətta bu institutların daxilində problemlər yaratmağa başlayırlar. Ona görə də qərar normaldır”.
Prosesin gedişatına gəldikdə, Bağırovun qənaətincə, nümayəndə heyətinin səsvermə hüququ alına bilər. Bu da yekun qərardan asılı olacaq.
Deputat qərarı ədalətsiz adlandırıb
Deputat Ceyhun Məmmədov isə Avropa Şurası Parlament Assambleyasının qərarını ədalətsiz sayır.
O hesab edir ki, təkcə indi yox, əvvəllər də Azərbaycana qarşı ikili standartlarla yanaşma sərgilənib:
“Diqqətçəkən odur ki, indiyə qədər Ermənistanın Azərbaycana qarşı etdikləri ilə bağlı oxşar qərarlar qəbul olunmayıb. Yanvarın 22-də belə bir qərarın qəbulu ədalətsizlikdir və biz qərarın haradan gəldiyindən də məlumatlıyıq. Ancaq kimsə düşünürsə ki, belə qərarlarla Azərbaycanın mövqeyinə təsir edib dəyişəcək, bu, heç zaman mümkün olmayacaq. Əksinə, münasibətlərin qorunmasına və normal məcrada inkişafına çalışmaq lazımdır. Çünki Azərbaycanın qəbul etdiyi qərarlar və addımları beynəlxalq hüquqa əsaslanır. Bu mənada Azərbaycanı günahlandırmaq, Ermənistanın son 30 ildəki hərəkətlərinə susmaq Yerevanı yeni müharibələrə təşviq etmək və bölgədəki durumu gərginləşdirməkdir”.
Ceyhun Məmmədov məruzəçilərin məhbuslarla görüşlərə buraxılması barədə söylənilənləri də təkzib edib:
“Bu, mümkün deyil və biz əməkdaşlığa hazırıq. Bilirsiniz, Azərbaycanı gah polislərin hərəkəti, gah da başqa məsələlərlə ittiham edirlər. Fransada, Almaniyada polislər vətəndaşlara qarşı qanunsuz davaranışlar sərgiləyir, səbəbini soruşanda, təhlükəsizliklə əlaqələndirirlər. Azərbaycanla bağlı bu məsələləri şişirdib insan hüquqlarının pozulduğu haqda fikir yaratmaq kökündən yanlışdır. Biz hər zaman Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlıq etmişik. İndi baxın, son bir neçə ayda hər iki qurum Azərbaycana qarşı neçə ədalətsiz qərar, bəyanat verib. Əgər məruzəçilərə məhbuslarla görüşə icazə verilməyibsə, müvafiq orqanların bunu əsaslandırdığına da əminəm”.
Deputat Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindən imtina edə biləcəyi ilə bağlı xəbərləri şərh etməyib.
O, bu barədə məlumatsız olduğunu deyib.
Siyasətçi əsaslı, hətta gecikmiş addım sayır
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Meydan TV-yə deyib ki, AŞPA Azərbaycana qarşı çoxdan addım atmalıydı:
“AŞPA-nın qərarı nəinki əsaslı, hətta gecikmiş addımdır. Parlament Assambleyası bu illərdə öz dəyərlərinə biganə qalıb, orada nə qədər deputat, iqtidar mənsubları ilə korrupsiya əlaqələrinə girib Qərb dəyərlərini tapdalayıblar”.
Qasımlı ehtimal edir ki, bundan sonra Azərbaycanın Qərb institutları ilə qopma prosesi başlayacaq:
“Bu, yalnız Avropa Şurası yox, Avropa İttifaqı ilə münasibətlərdə də özünü göstərəcək. Düzdür, Avropa Şurası dünya siyasətində qərar verən səviyyədə əhəmiyyətli deyil. Avropa Şurasına nə Avropa Birliyi, nə də NATO kimi yanaşmaq olmaz. Məsələ ondadır ki, Avropa Şurasında olan deputatlar öz ölkələrində hakimiyyətə təsir edən və ya qərar verəndirlər. Ona görə 22 yanvar qərarının təsirsiz ötüşməyəcəyini düşünürəm. Hesab edirəm ki, rəsmi Bakının Qərb dövlətləri ilə münasibətləri tədricən pisləşəcək”.
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Füzuli rayonunda mina partlayıb, ölən var
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub