Səfir Qüdsi Osmanov etimadnaməsini Rumıniya prezidentinə təqdim edib - FOTOLAR

img

23-01-2024 [11:18]


Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.

Mia.az xəbər verir ki, qəbulda Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.

Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA