Hikmət Hacıyevlə Fəxrəddin Altun Türkiyədə görüşüb: “Media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndiriləcək" (FOTO)

img

19-01-2024 [15:14]


Prezidentin köməkçisi  Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun arasında görüş olub.

Mia.az xəbər verir ki, bu məlumatı Fəxrəddin Altun sosial media hesaabında paylaşım edib.

Paylaşımda deyilir: "Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, əziz qardaşım Hikmət Hacıyevlə qurumumuzda çox səmərəli görüş keçirdik.

Biz dost və qardaş Türkiyə ilə Azərbaycan arasında regional və qlobal səviyyədə həm kommunikasiya, media və ictimai diplomatiya sahələrində, həm də dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət veririk.

Gələcəkdə media və kommunikasiya sahəsində əməkdaşlığımızı artıracaq, iki dost və qardaş ölkə olaraq beynəlxalq aləmdə həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR