Türkiyədə FETÖ-ya qarşı növbəti əməliyyat: 7 nəfər saxlanılıb

img

08-01-2024 [12:17]


Türkiyədə daha 5 şəhərdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara, Kahramanmaraş, İstanbul, Konyada və  Kütahyada eyni vaxtda həyata keçirilən əməliyyatla 7 şübhəli  saxlanılıb.

Bu barədə Konya Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, saxlanılanlar barədə həbs qətimkan tədbirləri seçilib: "Digər şübhəlilərin tutulması istiqamətində işlər davam edir".

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA