Türkiyədən qaçmağa çalışan terror təşkilatı üzvləri saxlanılıb

img

27-12-2023 [11:50]


Türkiyədən qaçmağa çalışan terror təşkilatı üzvləri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədirnə valiliyi açıqlama yaıb.

Qeyd edilib ki, Jandarma Komandanlığı  son bir həftə ərzində 1-i terror təşkilatı PKK üzvü, 7-si FETÖ-cü olmaqla 8 nəfəri Yunanıstana qaçmağa çalışarkən sərhəddə saxlayıb: "Onlar sərhədi qanunsuz keçərək ölkədən qaçmaq istəyirdilər..."

Məlumata görə, Yunanıstan sərhədində yaxalanan şübhəlilərlə bağlı istintaq davam edir.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA