DAHA BİR MAFİYA ÇÖKDÜRÜLDÜ: 11 milyardlıq sərvətə "əl qoyuldu"
26-12-2023 [00:06]
Türkiyədə mafiyalara qarşı amansız əməliyyatlar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə Antalyada keçirilən “Kafes-24” əməliyyatı ilə “Çukur Dəstəsi” kimi tanınan mütəşəkkil cinayət qrup zərərsizləşdirilib, mafiyaya məxsus ümumilikdə 11 milyard lirəlik sərvətə "əl qoyulub".
Bu barədə açıqlama verən Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, mafiya lideri Bayram Dinçer başda olmaqla 43 nəfər həbs olunub və hazırda istintaq davam edir: "Əməliyyat nəticəsində cinayətkar dəstə liderinin qaldığı villadan 3 tapança, 15 ov tüfəngi, 85 mülkiyyət sənədi, 680 veksel, 380 çek, 18500 avtomobil alqı-satqısı müqaviləsi, 800 etibarnamə, 80 bank kitabçası, 60 kredit kartı, 2 kriptovalyuta pul kisəsi, 80 pul köçürmə sənədi, 66 mobil telefon, xeyli dollar, avro, tl, qızıl, brilyant və digər qiymətli əşyalar aşkarlanaraq götürülüb"
Nazir qeyd edib ki, bu cinayətkar dəstə maddi çətinliyi olan insanlara sələmə pul verib, daha sonra ödəyə bilməyənlərə hər cür zorakılıq göstərib, hətta bəzilərinin intiharına səbəb olublar: "Bundan əlavə, yanlarına gələn zərərçəkmişləri başqa sələmçilərə yönləndirərək, onları borc bataqlığından çıxmağa qoymayıblar. Digər yandan, onlar zərərçəkənlərə məxsus daşınar və daşınmaz əmlakları zorla əllərindən alıblar...".
Nazir dəstənin çirkli pulların yuyulması və digər çoxsaylı cinayətlərdə də "əli"nin olduğunu vurğulayıb: "Cinayətkar dəstəyə məxsus bank hesabları nəzarətə götürülüb...".
Firudin SƏFƏRLİ
MİA.AZ
Prezidentin köməkçisi, şöbə müdirləri... - PA-nın vəzifəli şəxslərinin qəbulu cədvəli açıqlandı
Qar yağacaq
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)
DEPUTATLAR TOPLANIR: daha 15 qanun dəyişəcək - SİYAHI
"Güldür Güldür"ün məşhur aktyoru: "Nəzərdən çox qorxuram"
Bu rayonlara qar yağır - Siyahı
İsrail hərbçiləri daha ikisi uşağı həbs edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib - Yeni təyinat
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
MSK bu DSK-lərin hüdudlarında dəyişiklik edib - SİYAHI
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
“Taliban"la əlaqə saxlamaq vacibdir” - Peskov
Kremlin mətbuat katibi: "Ukraynaya nüvə silahı vermək..."
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə: "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub
Eldar Əzizov özünə niyə müavinlər götürmür? - BŞİH-də 4 müavin poostu hələ də vakant saxlanılıb
Yeni Zelandiyada qəribə olay: sahilə çıxan 30-dan çox balina xilas olunub, 4-ü isə... - FOTO
Qırmızı dənizdə turist gəmisi batıb - 17 nəfər itkin düşüb
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Mingəçevir su anbarında zəlzələ olub - 3.1 bal gücündə