İstanbulda müxtəlif cinayətlərdən axtarılan 18 624 nəfər tutulub - Son bir ayda

img

25-12-2023 [16:01]


İstanbulda müxtəlif cinayətlərdən axtarılan 18 min 624 şübhəli saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhər polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, 25 noyabr - 25 dekabr tarixləri arasında şəhərdə aparılan genişmiqyasılı əməliyyatlarla barəsində məhkəmə hökmü olan 6 min 120 nəfərlə yanaşı, müxtəlif cinayətlərdən axtarılan daha 12 min 504 şübhəli tutulub: "Ümumilikdə axtarışda olan 18 min 624 nəfər tutularaq barələrində müvafiq tədbirlər görülüb".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA