49 yaşlı rayon sakini öldürüldü - Lənkəranda

img

21-12-2023 [19:18]


Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.

Mia.az Lənkəran Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA