Türkiyədə daha bir FETÖ əməliyyatı: 10 nəfər saxlanılıb, 2 nəfər axtarışa verilib

img

19-12-2023 [11:49]


İzmirdə Türkiyə Silahlı Qüvvələrinin bölmələrində kök salan FETÖ strukturuna qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla 10 şübhəli saxlanılıb, 2 nəfər isə axtarışa veirlib..

Bu barədə açıqlama yayan İzmir Respublika Prokurorluğundan bildirilib ki, onlardan 4-ü hazırda xidmətdə olan hərbi qulluqçu, 2-si keçmiş əsgər, 6-sı isə keçmiş hərbi məktəb tələbələridır: "Ümumilikdə 12 nəfərə cinayət işi açılsa da, şübhəlilərdən 2-ci gizlənməyə macal tapıb. Onların tezliklə həbsi üçün müvafiq əməliyyat tədbirləri davam edir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA