Baş məşqçi təcrübəli futbolçuya belə dedi: "Özünü düzəlt..."

img

18-12-2023 [09:56]


Türkiyə superliqasının ən bahalı  transferi kimi tarixə düşən Cengiz Ünder hələ də əvvəlki performansını bərpa edə bilməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zədədən sonra əvvəlki gücünü geri qaytarmağı hədəfləyən klubun məşqçiləri onu özəl proqram əsasında "işlədirlər".

Məlumata görə, Baş məşqçi İsmail Kartal futbolçu ilə təkbətək görüşüb və ona öz tövsiyələrini verib: "İndi səndən oyunda sıçrayış gözləyirəm. Sən istedadlı oyunçusan, özünü düzəlt. İstəyirəm ki, meydanda hər kəs əsl Cengiz Ünderi görsün. Sən çalışaraq buna mailk ola bilərsən...".

Xatırladaq ki, 269 meydanda olan futbolçu cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub