Bakıda azyaşlılar arasında "razborka": bıçaqlanan var

img

15-12-2023 [21:19]


Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az xəbər evrir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B iş üzrə prokurorluğun qərarı əsasında tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq