Prezident Kubokunun açılış mərasimi olub
15-12-2023 [16:15]
Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.
Məlumata görə, Binə Elit Atçılıq Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq iştirakçıların atlı paradı gerçəkləşib. Ardınca Dövlət Sərhəd Xidmətinin orkestri və musiqilərin ifasında müxtəlif çıxışlar səsləndirilib. Daha sonra Qarabağ atlarının xüsusi şou çıxışı olub.
Fərid Qayıbov tədbir iştirakçılarını salamlayıb. O, çövkənin milli idman növü olduğunu söyləyib: "Artıq bu il bir neçə dəfə burada çıxış etmişəm. ARAF həm yerli, həm də beynəlxalq yarışlar keçirib. Bu turnir Ulu Öndərin 100 illik yubileyinə təsadüf edir. Bu il idmanımız üçün uğurlu olub. Çaparlarımız da medallar qazanıb. Qarşıdan gələn bayramlar münasibəti ilə sizi təbrik edirəm".
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın idmana xüsusi diqqət və qayğı göstərdiyini söyləyib: "Ölkəmizdə atçılıq idman növündə bir çox tədbirlər keçirilib. Bu idmanın əsas məqsədi dövlətimizin adət-ənənələrinin təbliğ olunmasıdır. Bu yarışda iştirak edən bütün komandalara uğurlar arzu edirəm".
Dövlət Himninin səsləndirilməsindən sonra Prezident Kuboku açıq elan edilib və "Sərhədçi-Qarabağ” - “Polad" qarşılaşması start götürüb.
Qeyd edək ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparır. A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad", “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar. Bu gün startı verilən turnir dekabrın 24-də başa çatacaq(REport).
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb